Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-06-2023 , 13:41

4315

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +
Təmraz Tağıyev: "Nərimanov bələdiyyəsinin fəaliyyət istiqamətlərindən biri də məhz uşaqlara göstərilən qaygı  və diqqətlə bağlıdır"

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzinin və Nərimanov bələdiyyəsinin birgə təşkilatçılığı ilə  Nərimanov rayonunda fəaliyyət göstərən Uşaq Psixo-nevroloji mərkəzdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilmişdir.

Tədbirdə Uşaq Psixo-nevroloji mərkəzin direktoru Kəmalə Talıbova, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, Bələdiyyələrlə İş mərkəzinin əməkdaşları Nailə Rəsulzadə, Səma Arifli, şəhid atası Azər Səidov, Nərimanov bələdiyyəsinin şöbə müdirləri Rübabə Məhərrəmova və Nizami Babaşov və mərkəzdə müalicə alan uşaqlar iştirak ediblər.  

Görüşdə çıxış edən  Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Belə ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may)  və bir sıra vacib normativ-hüquqi aktlar qəbul edilib.

Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məsələsi daim cənab Prezident İlham Əliyevin diqqət mərkzəindədir. Məhz cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun  olaraq Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində  bir sıra ciddi layihələr həyata keçirilməkdədir.

Əlavə edim ki, Nərimanov bələdiyyəsinin fəaliyyət istiqamətlərindən biri də məhz uşaqlara göstərilən qaygı  və diqqətlə bağlıdır. Sonda sədr uşaqların bayramını təbrik edib, onlara xoş arzularını çatdırıb.

Tədbir təşkilatçılarına təşəkkürünü  bildirən Uşaq Psixo-nevroloji mərkəzin direktoru Kəmalə Talıbova daim dövlət qayğısı ilə əhatə olunan uşaqların sağlam və firavan mühitdə böyüməsi üçün rəhbərlik etdiyi kollektivin bundan sonra da var qüvvəsilyə çalışacaqalrını bildirib.

Tədbir çərçivəsində uşaqlar üçün bayram süfrəsi açılıb, onlara animasiya proqramı, musiqi nömrələri və digər maraqlı, əyləncəli oyunlar təşkil olunub. Tədbirin sonunda  uşaqlara hədiyyələr təqdim edilib.

 Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
897

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
1310

Yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə: CİDDİ

Gündəlik Xəbərlər
05-03-2025
1122

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
1055

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
1129

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
1830

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1786