Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2023 , 22:17

Son xəbərlər

Bütün xəbərlər

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Əmlak məsələləri Dövlət Xidmətindən  ciddi xəbərdarlıq: "Torpaq sahələrinin kənarına mühafizə məqsədilə qanunsuz olaraq kanal və xəndək qazılması yolverilmzədir"

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların təyinatı üzrə istifadəsi və onların mühafizəsi ilə bağlı monitorinqlərini davam etdirir. Keçirilən monitorinqlər zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına rast gəlinir. Bunlardan biri də pay torpaq sahələrinin kənarına mühafizə məqsədilə kanal və xəndəklərin qazılmasıdır. Bu isə, torpaqların münbit qatının korlanmasına, məhsuldarlığın azalmasına, torpaq qanunvericiliyinin pozulmasına səbəb olur. Belə hallara daha çox Oğuz, Masallı, Kürdəmir və Şəki rayonlarının ərazisində rast gəlinir.

İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsinin 2-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə fiziki şəxslər 600 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndinə əsasən, kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur, eləcə də bu Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə daha bir layihəyə yekun vurub

Gündəlik Xəbərlər
29-01-2024