Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-04-2023 , 20:39

6539

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

BŞİH-də yeni layihəyə başlanıldı

BŞİH-də yeni layihəyə başlanıldı

 

Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun yeni layihəsinin - “Heydər Əliyev” kitabının nəşrinin həyata keçirilməsinə başlanılıb. Kitaba alimlərin, Ulu Öndərlə çalışan dövlət xadimləri, bir sıra tanınmış şəxslərin memuar elementləri ilə zəngin, elmi-bioqrafik məqalələri daxil ediləcəkdir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən və Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş elmi-praktik konfransda deyilmişdir. Konfransda Ümummilli lider Heydər Əliyevin tarixi missiyası, dövlətçilik yolu, onun ideyalarının indi tam reallaşması barədə fikirlər bildirildi,  mövcud nailiyyətlərin əsaslarının yaradıcısı olan Ümummilli Liderin fəaliyyətinin müxtəlif sahələrini əhatə edən mövzularında çıxışlar dinlənildi.

Tədbir Ulu Öndərin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Konfransda giriş nitqi ilə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qeyd edib ki, “Heydər Əliyev” kitabı Bakı meriyası və Tarix İnstitutunun yeni layihəsidir. Kitaba Ümummilli liderin həyatı, çoxşaxəli siyasi fəaliyyəti ilə bağlı alimlər, Ulu öndərlə birgə çalışmış dövlət xadimlərinin memuar xarakterli elmi-bioqrafik məqalələri daxil ediləcəkdir.

Eldar Əzizov bildirdi ki, bu gün Azərbaycan postsovet məkanında lider dövlətdir, ölkə başçısı cənab İlham Əliyevin dahi siyasəti sayəsində dünyada öz layiqli yerini tutur. Yadda saxlamaq lazımdır ki, bu siyasətin əsasını məhz Ulu öndər Heydər Əliyev qoyub və o bugünkü müasir, müstəqil Azərbaycanın yaradıcısıdır. Ulu öndərin layiqli siyasi varisi olan Prezident İlham Əliyev ölkəmizi uğurla inkişaf etdirir.

Konfransda AMEA Tarix İntitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Ulu Öndər Heydər Əliyev: həyat və fəaliyyətinin tarixi dövrləri” mövzusunda, Milli Məclisin deputatı Aydın Hüseynov “Heydər Əliyev  və Azərbaycan iqtisadiyyatı” mövzusunda, Milli Məclisin deputatı Azər Badamov “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Heydər Əliyevin güclü dövlət fəlsəfəsi və milli ideologiyası” mövzusunda, “Azərbaycan” qəzetinin baş redaktorunun müavini İxtiyar Hüseynli “İnkişaf və Zəfər strategiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda, Milli Azərbaycan Tarixi muzeyinin elmi katibi, tarix elmləri doktoru Fərhad Cabbarov “Heydər Əliyevin irsində Qərbi Azərbaycan problemləri” mövzusunda çıxışlar edərək  Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələrinə nəzər salıblar.

 

 BŞİH-nin Mətbuat Xidməti

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə: CİDDİ

Gündəlik Xəbərlər
05-03-2025
1041

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
944

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
1038

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
1734

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1660

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025
728

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025
1091