Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-04-2023 , 13:16

2091

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Qərbi Azərbaycan icması "Yüz ağac ək" adlı ağacəkmə aksiyası təşkil edib

Qərbi Azərbaycan İcması  “Yüz ağac ək” adlı ağacəkmə aksiyası təşkil edib

Aprelin 15-də Qərbi Azərbaycan İcması xalqımızın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Yüz ağac ək” adlı ağacəkmə aksiyası təşkil edib. Aksiya paytaxtın Nərimanov rayonu ərazisində, Zaur Nudirəliyev küçəsi 44 ünvanında Nərimanov bələdiyyəsinin xidmət göstərdiyi yeddi hektarlıq yaşıllıq zolağında təşkil olunub.

Belediyye.info AZƏRTAC-a istiandən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Ulu Öndər Heydər Əliyev 100 illik yubileyi münasibətilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. “Bu gün Azərbaycanın bütün bölgələrində bu yubiley böyük coşqu və qürur hissi ilə qeyd olunur. Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu, adını ölkəmizin tarixinə qızıl hərflərlə yazdıran şəxsiyyətdir. Onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Biz bu tədbiri keçirməklə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramımızı, onun ideyalarına sədaqətimizi bir daha nümayiş etdiririk”.

Tədbirdə iştirak edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri, 22 il YAP-ın Nərimanov təşkilatının sədri işləmiş, əslən Qərbi Azərbaycandan olan   Təmraz Tağıyev də Ulu öndərlə bağlı xatirələrini söyləyib.

Ağacəkmə aksiyasında  Qərbi Azərbaycan icmasının üzvləri, gənclər və könüllülər iştirak ediblər.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İmişli regional ədliyyə idarəsi ötən ilə yekun vurdu


Gündəlik Xəbərlər
04-02-2025
982
Belə "maniPulyativ" addımlarla nə qazandınız: CİDDİ 
Gündəlik Xəbərlər
04-02-2025
1108

1 milyondan çox seçici səs verib

Gündəlik Xəbərlər
29-01-2025
1169

İlham Əliyev səs verdi

Gündəlik Xəbərlər
29-01-2025
1554

Bələdiyyə seçkilərinə böyük maraq var


Gündəlik Xəbərlər
29-01-2025
1132

Məzahir Pənahov seçicilərə çağırış etdi


Gündəlik Xəbərlər
29-01-2025
1095

Azərbaycanda bələdiyyə seçkiləri başladı


Gündəlik Xəbərlər
29-01-2025
1096