Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-11-2026 , 14:57

156

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Sahil Babayev: Bələdiyyələrin DSMF-yə borclarını silmək mümkün deyil

"Bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borclarının silinməsi mümkün deyil”.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.

"Bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borclarının silinməsi mümkün deyil”.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, sosial sığorta vəsaitləri dövlətin və ya işəgötürənin deyil, vətəndaşların vəsaitidir: “Bu nə dövlətin, nə işəgötürənin vəsaitidir, bu, vətəndaşın vəsaitidir. Sosial sığorta vəsaitləri vətəndaşın vəsaitidir və onları nə dövlət qərarı ilə bir tərəfli qaydada silmək olar, nə başqa bir addım atıla bilər. Sosial sığorta haqlarının yığılması 2019-cu ildən Vergi Xidməti tərəfindən həyata keçirilir. Borcların bələdiyyələrin qarşısında qaldırılması da məhz həmin öhdəliklərin ödənilməsi tələbi ilə bağlıdır. Borcların ödənilməməsi bələdiyyələrdə çalışan işçilərin gələcək pensiyalarına və sosial sığorta haqlarından irəli gələn müavinətlərinə mənfi təsir göstərə bilər. Borcların yaranma səbəbləri araşdırılmalıdır. Çünki əməkhaqqı ödənildiyi halda sosial sığorta haqlarının ödənilməməsi qanun pozuntusudur".

O, məsələnin İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə iştirakı ilə müzakirə edilməsini, borcların növbəti dövrlərdə hansı mexanizmlə bağlanmasının mümkünlüyünün araşdırılmasını təklif edib.

https://apa.az/maliyye/maliyye-naziri-belediyyelerin-dsmf-ye-borclarini-silmek-mumkun-deyil-1012880

 

Rəylər

0 Rəy


Rəy yaz