Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-04-2026 , 20:22

84

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şəhid qardaşının toy mərasimində bələdiyyə kollektivi də yaxından iştirak edib

Şabran Bələdiyyəsi olaraq bu gün 44 günlük Vətən müharibəsində canını Vətən uğrunda fəda etmiş, Şabranın igid və qəhrəman oğlu Xəyal Həsənovun qardaşı Cəmil Həsənovun toy məclisində iştirak etdik.

Bu əlamətdar gün münasibətilə şəhid ailəsinin sevincinə şərik olmaq, onların yanında olmaq bizim üçün həm mənəvi borc, həm də böyük qürur mənbəyidir. Şəhidlərimizin ailələri daim dövlətimizin və cəmiyyətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bu diqqət və qayğının əsasında isə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır.

Cənab Prezidentin dediyi kimi: “Bizim şəhidlərimiz bizim qürur mənbəyimizdir. Onların xatirəsi daim ürəyimizdə yaşayacaq.” Bu fikirlər bir daha onu göstərir ki, şəhidlərimizin əziz xatirəsi hər zaman uca tutulur və onların ailələrinə göstərilən diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu xoş gün münasibətilə bəyin valideynləri Zərnişan xanımı və Əliyulla bəyi səmimi-qəlbdən təbrik edir, onlara gözaydınlığı veririk. Şəhidimiz Xəyal Həsənovun əziz xatirəsini dərin ehtiramla yad edir, Allahdan ona rəhmət, ailəsinə səbir diləyirik.

Cəmil bəy və Fidan xanıma yeni həyatlarında xoşbəxtlik, möhkəm ailə səadəti, uzun ömür və firavan gələcək arzulayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhu şad olsun.

Şabran bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz