Ötən il bələdiyyə aktları ilə bağlı neçə iş məhkəməyə gedib?
Trend-in məlumatına görə, bu məlumat Milli Məclisin Regional
məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il
üzrə illik məruzəsində öz əksini tapıb.
Bildirilib ki, normativ hüquqi aktların tələblərinə zidd
olan 1 645 (2 %) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə
təkliflər verilib, 618 akt (0,8 %) isə növbəti ilə qalıq keçib.
Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən 644
(0,79 %) akt ləğv edilib, 950 (1,16 %) akt dəyişdirilib, 44 (0,05 %) təklif isə
növbəti ilə qalıq keçib. Bələdiyyələr tərəfindən təmin olunmayan 7 (0,008 %) təklif
üzrə məhkəmələrdə iddia qaldırılıb.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4 132 müraciətdən
3 618-nə (87 %) baxılıb, 204-ü (5 %) aidiyyəti üzrə göndərilib, 310 (8 %)
müraciət isə növbəti ilə qalıq keçib. Müraciətlər üzrə inzibati nəzarət icraatı
nəticəsində aşkar edilərək dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı aidiyyəti
bələdiyyələrə verilmiş təkliflər əsasında qanunvericiliyin tələblərinə zidd 53
bələdiyyə aktının hamısı ləğv edilib.
Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilən 1 698 aktdan 697-si (41 %) ləğv edilib, 950-si (56 %) dəyişdirilib, 7 (0,4 %) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 44 (2,6 %) təklif isə növbəti ilə qalıq keçib.
https://az.trend.az/azerbaijan/society/4150331.html
Rəylər
0 Rəy