Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-06-2024 , 18:54

690

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Qadın hüquqları, müasirlik və Azərbaycan reallığı

Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.

Ümumiyyətlə qeyd edilməlidir ki, Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrumkən 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilirdi.

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb.

1992-ci ildə Azərbaycan BMT və ATƏT- in, 2001-ci ildə isə Avropa Şurasının üzvü olduqdan sonra isə bu təşkilatların hər birinin tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturlaın hər biri ilə sıx əməkdaşlıq etməyə başlayıb.

Ölkəmiz 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında” 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız Həyat” Regional Məlumatlandırma Kampaniyasına, 2001-2002 –ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına qoşulub. 

Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əmkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib. 

Bütün bunlara baxmayaraq, ölkədə qadın hüquqları ilə bağlı problemlər hələ də qalmaqdadır. “Məişət zorakılığı”, “gender bərabərsizliyi”, “qadınların ictimai-siyasi sferalarda az yer tutması” və s. kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir. 

Ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, Qaraçuxur Bələdiyyəsində görüşlər eləcə də maarifləndirmə işləri keçirmişdir. 

 Bu məqsədlə 14.02.2023-cü il tarixli 03 saylı protokoluna əsasən Qaraçuxur bələdiyyəsində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü llər üçün Milli Fəaliyyət Planı” nın icrasına əsasən məişət zorakılığı və gender bərabərliyinin pozulmasının qarşısının alınması komissiyası yaradılmışdır və il ərzində gender bərabərliyi və Qadın problemləri ilə bağlı bir neçə ünvanda maarifləndirici tədbirlər keçirilmişdir.

Görüşlərdə Dövlətin ailələrə göstərdiyi qayğıdan danışılmış, ünvanlı sosial yardımın aztəminatlı ailələrə Dövlət yardımının bariz nümunəsi olduğuğu diqqətə çatdırılmlşdır. Ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi diqqətlə yanaşmalarından danışılmışdır.

Cəmiyyətin özəyini möhkəm ailələr təşkil edir. Möhkəm ailənin təməlində isə qadın dayanır.Cəmiyyətin hər bir fərdini o dünyaya gətirir, ona edilən zorakılıq cəmiyyətin təməlini sarsıdır.Dünyada, o cümlədən Azərbaycanda da qadın hüquqları müəyyən dərəcədə qorunur.

Qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2000-ci il martın 6-da «Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında»fərman verib. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması, “İctimai fəallıq müşahidə olunur. QHT-lərə nəzər salsaq, görərik ki, onların 50 faizdən çoxuna rəhbərliyi qadınlar həyata keçirirlər. Eyni zamanda hal-hazırda cəmiyyətdə kifayət qədər qadın jurnalist, siyasi xadim, deputatlar var və bu say ildən-ilə artır. 

Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri də ailədə qadınlara qarşı zorakılıqların tətbiq edilməsi və onların əksəriyyətinin çox zaman gizli qalmasıdır. Bildiyimiz kimi, menatlitetimizdən irəli gələn səbəblərə görə Azərbaycan qadını ailədə məruz qaldığı zorakılığı açmır və bu da ölkənin hazırlanan statistik nəticələrində faktların kənarda qalmasına səbəb olur.

Ailədə zorakılığın aradan qaldırılması üçün hüquqi tədbirlər görülməli, ictimai qınaq olmalı, profilaktik (maarifləndirmə) işləri həyata keçirilməlidir. Müəllimlər, ziyalılar, qadın siyasətçilər qadın zorakılığı adlanan bu bəlanın aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilərlər.

Qadın hüquqları ilə bağlı danışarkən çox zaman modern dəyərlərə istinad olunur, müasir  qanunlar göz önünə gətirilir. Ümumiyyətlə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan bir sıra beynəlxalq konvensiyaların üzvidir. Lakin o konvensiyalarda qeyd olunanlar çox zaman ölkənin real həyatı ilə uyğun gəlmir. Bunlara uyğun hərəkət edəndə isə “milli mentalitet” məsələsi ortaya atılır.

Hər coğrafiyanın özünəməxsus yaşam tərzi, qayda-qanunları var və həmin coğrafiyanın  insanları məhz o yaşam tərzinə adaptasiya olub. Bir yerdə yaxşı görünən qayda, başqa yerdə gülünc qarşılana bilər.

Biz hər zaman müasirliyin, müasirləşmənin tərəfdarı olmuşuq. Təəssüf ki, cəmiyyətimizdə müasirləşmə dedikdə tamam başqa şeylər başa düşülür.

“Biz əlbəttə ki, qadınların təhsil, geyim, əylənmə hüququnu dəstəkləyirik. Amma məncə bu müasirlik milli mentalitetlə ziddiyyətə girməməlidir”.

Müasirlik ictimai yerlərdə, əhali arasında eybəcər şəkildə geyinib eybəcər hərəkətlər etmək deyil. Məsələn, bir də görürsən ki, hər hansı qız bir əlində siqaret, digər əlində içki, yarıçılpaq geyimdə insanların arasında gəzir.“Bir misal da gətirim, məsələn bir sıra Avropa və dünya dövlətlərində eyni cinsin nümayəndələrinə nikaha girməyə qanuni şəkildə icazə verilir. Bu müasirlik hesab olunursa, mən belə müasirliyin əleyhinəyəm.Mən müasirlik dedikdə xanımlarımızın müasir təhsilə, elmi biliklərə, gözəl ixtisasa yiyələnməsində, cəmiyyətdə özünə layiqli və ləyaqətli yer tutmasında görürəm. Bizim ən üstün cəhətimiz milli dəyərlərimizi və mentalitetimizi qoruyub saxlamaqla yanaşı, müasirliyi əldə edə bilmə bacarığımızdır.Qadın gözəlliyin harmoniyasıdır. Odur ki, qadınlarımız müasirliklə milli mentaliteti özlərində harmoniya şəklində yaşada bilərlər.

  İxdiyar Nəcəfov

  Qaraçuxur  Bələdiyyəsinin sədri    





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024
127

Bələdiyyələrin birləşdirilməsində beynəlxalq təcrübə

Elmi-Praktik Məsələlər
16-12-2024
94