Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-11-2023 , 22:53

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

 Görülən tədbirlərin nəticəsi olaraq bələdiyyəmizdə bir çox sahədə müəyyən irəliləyişlərə nail olunmuşuq

Ulu öndər Heydər Əliyevin uğurlu, praqmatik siyasi kursunun müxtəlif sahələrdə,o cümlədən, gender mədəniyyəti sahəsində tətbiq etdiyi qadınların aktiv şəkildə idarəçilik sahəsində iştirakı və təmsilçiliyi bu gündə davam etməkdədir.Artıq 20 ildir ki, bu siyasi kursun layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasi, iqtisadi, mədəni, elmi, ictimai sahələrdə  inkişaf edən dinamika öz töhfəsini verməkdədir.Təsadüfi deyilki sonuncu bələdiyyə seçkilərində ölkə üzrə bələdiyyə üzvləri arasında qadınların sayı  39 % təşkil edir.

Hal-hazırda Azərbaycan Respublikasında müxtəlif sahələrdə qadınların təmsilçiyinin bir nümunəsi olaraq təmsil etdiyim Bibiheybət bələdiyyəsinə bələdiyyə seçkilərinin 5-ci çağırışında namizədliyimi irəli sürmüşəm, 21 yanvar 2020-ci il tarixindən Bibiheybət bələdiyyəsinə sədr seçilmişəm və bugünədək məqsədim bələdiyyə üzvləri ilə bərabər bələdiyyənin inzibati ərazisində sakinlərin etimadını doğrultmaq istiqamətində lazimi səviyyədə ciddi addımlar atmaqdan ibarətdir.

Pandemiya daha sonra Vətən müharibəsi dövrlərinə təsadüf edən səlahiyyət müddətimizin ilk illərində yaranan sosial məsələlər, ekoloji – iqtisadi, büdcə ilə bağlı problemlərlə qarşımıza çıxan çətinliklər Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin daimi təklif və tövsiyələrinə riayət edərək aradan qaldırılmağa çalışılmış və növbəti illərdə qeyd olunan istiqamətlərdə əvvəlki bələdiyyə fəaliyyəti ilə müqayisədə əsaslı irəliləyişlər olmuşdur.Belə ki, 2020-2023 illər ərzində Bibiheybət bələdiyyəsinin vergi ödəyicilərinin sayı və  büdcə gəlirləri əvvəlki dövrlərlə müqayisədə 5 dəfə artmışdır.

Qeyd etmək istəyirəm ki, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrlə davamlı metodoloji iş aparılaraq yerli vergilərin uçotu, hesablanması, ödənilməsi işində səmərəliliyin artırılması ilə bağlı metodik vəsaitlər, tövsiyələr hazırlanıb bələdiyyələrə göndərilir, o cümlədən, bələdiyyə üzvlərinə və qulluqçularına müvafiq təlimlər və seminarlar keçirilir. Görülən tədbirlərin nəticəsi olaraq bələdiyyəmizdə bir çox sahədə müəyyən irəliləyişlərə, yerli büdcə gəlirlərinin artımına nail olunmuşdur.

Həm ərazi ölçüsü,  həm əhali sayına görə Səbail rayonunun  kiçik qəsəbəsində 2020-ci ildə bələdiyyənin ümumi gəlirləri 11208 manat idisə, 2021-ci ildə 2022 ci ildə  31170 manat, 2023-cü ilin 10 ayı ərzində isə 26753 manatadək artmışdır.O cümlədən, büdcənin əsasını təşkil edən yerli vergilər 2020-ci ildə 5310 manat  təşkil edirdisə, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin daimi təklif və tövsiyələrinə riayət edərək, yeni vergi obyektləri vergiyə cəlb olunmuş, ötən illər üzrə borclar yığılmış 2022-ci ildə bu məbləğ 2 dəfə artaraq, 10724 manata çatdırılmışdır.2023-cü ilin 10 ayı ərzində isə yerli vergilər üzrə gəlirlər 7450 manat təşkil etmişdir.

Büdcə gəlirlərinin artımı ilə əlaqədar təbii olaraq, xərclər üzrə də artımlar müşahidə olunur..Belə ki, Bibiheybət qəsəbəsində ictimai-sosial məsələlərin həlli istiqamətində 2020-ci il üzrə 3420 manat , 2021-ci il üzrə 3854 manat, 2022-ci il üzrə 14914 manat, 2023-cü ilin hazırki dövrünədək bu göstərici 12200 manat artırılmışdır.O cümlədən, 2020-2023 illər ərzində vətəndaşların müraciətlərinə əsasən təmir-bərpa, abadlıq-quruculuq işləri, eyni zamanda Qarabağ müharibəsi şəhidin qəbirüstü abidəsinin bərpası və abadlığı ilə bağlı bir sıra işlər görülmüşdür.

Bildiyimiz kimi, ölkəmizdə vətəndaşlara xüsusən  şəhid ailələrinə eləcədə Qarabağ qazilərinə,Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı sosial siyasətin prioritetlərindəndir.Ölkənin bütün sahələrində fəaliyyətlərin əsasını təşkil edən bu prioritet Bibiheybət bələdiyyəsində də aktualdır.Bibiheybət bələdiyyəsinin fəaliyyət istiqaməti-ümumən vətəndaşların, xüsusən şəhid ailələrinin, Qarabağ qazilərinin, müharibə iştirakçılarının, əlillərin, qüsurlu, şikəst, təkvalideynli və valideynləri olmayan uşaqların, həmçinin aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması istiqamətində təşkil olunub.Bələdiyyə tərəfindən qeyd olunan ailələr mütəmadi ziyarət olunur, onların problemlərinin operativ şəkildə həlli istiqamətində tədbirlər görülür, bayram və özəl günlərində maddi və ərzaq yardımlarla təmin olunuraq daim diqqətdə saxlanılır.

Bundan başqa qəsəbədə aparılan abadlıq-bərpa işləri, müraciətlərə əsasən sakinlərin evlərində tərəfimizdən görülən kiçik təmir, bərpa işləri, vətəndaşların gündəlik qəbulları, səyyar qəbullar, mədəni-kütləvi tədbirlər, bələdiyyə tərəfindən görülən bütün işlərin məlumatlarının, istər altıaylıq istərsədə illik hesabatların vətəndaşlara çatdırıması, sakinlərin  məlumatlara əlçatanlılığın təmin edilməsi, şəffaflığın təqdim olunması bir sözlə bütün istiqamətlərdə qanunvericiliyin tələblərinə əməl olunması Bibiheybət bələdiyyəsinin daim diqqətdə saxladığı məsələdir.

Səbail bələdiyyələri olaraq, vahid bir hücrələr kimi öz səyimizi birləşdirərək, qalib ölkəmizə və xalqımıza xidmət göstərmək məqsədilə öz öhdəmizə düşən vəzifələri layiqincə həyata keçirməyə davam edərək, əminəmki, biz üzümüzə gələn növbəti illərdə də müsbət statistikaların şahidi olacağıq.

Validə Həsənova

Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

105 yaşlı Ədliyyə tarixi

Elmi-Praktik Məsələlər
20-11-2023