Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-07-2024 , 21:39

1344

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Qərbi Azərbaycan İcmasının Bakı şəhərinin Yasamal rayonu üzrə nümayəndəsinin ofisi açılıb

Açılışda Yasamal rayonunun ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən QAİ İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın fəaliyyəti haqda məlumat verərək bildirdi ki, Qərbi Azərbaycan İcmasının təşkilatlanması işləri artıq başa çatmaq üzrədir. Sədr vurğuladı ki, Qərbi Azərbaycan ideyası dünyadakı 60 milyona yaxın azərbaycanlının ümumi məsələsinə çevrilib. Bununla yanaşı Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin miqyası əhəmiyyətli dərəcədə genişləndirilib. Ə.Ələkbərli bildirib ki, məhz Prezident İlham Əliyevin güclü iradəsi və müdrik siyasəti soydaşlarımızda Qərbi Azərbaycana qayıdış hüquqlarımızın bərpa

olunacağına dərin inam hissini artırıb. Daha sonra QAİ Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü,

professor Misir Mərdanov Qərbi Azərbaycan məsələsi ilə bağlı görülən işlərin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər komandanlığı altında Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi o torpaqlara yeni həyat qaytardı. Şuşada, Laçında görülən quruculuq işləri barədə təssüratlarını bölüşən Misir Mərdanov Qərbi azərbaycanlılarda qayıdışa inam hisslərinin tam olduğunu vurğuladı. Natiq çıxışında Qərbi  Azərbaycan həqiqətlərinin öyrənilməsi, təbliği, dünya ictimaiyyətinə çatdırılmasında icmanın rolundan danışdı. İnformasiya cəbhəsində  Azərbaycana qarşı ikili standartlardan yanaşıldığını, bununla əlaqədar hər bir icma üzvünün, eləcədə hər bir azərbaycanlının daha çox işləməli olduğunu xüsusi qeyd etdi. QAİ Yasamal rayonu üzrə nümayəndəsi Tahir Məmmədov görülən işlər haqda hesabat xarakterli çıxış etdi. Bildirdi ki, nümayəndəliyin ofisinin açılışı Qayıdış Konsepsiyasından irəli gələn bir sıra tapşırıqların həllində önəmli rol oynayacaq. Daha sonra Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev, Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,rayon ziyalıları adından Eldar Həsənov, QAİ İdarə Heyətinin üzvü, Böyük Qarakilsə rayon icmasının sədri, QAİ hüquq komissiyasının sədri, hüquq elmləri dokroru, professor Zahid Cəfərov söz alaraq gənclərlə iş sahəsinə diqqətin artırılmasında ziyalıların rolundan bəhs etdilər. Digər çıxış edənlər də Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətləri, gələcəkdə görülməli olan işlərə dair fikir və mülahizələrini bölüşdülər   



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər