Nigar Məmmədova: “Xocəsən bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu daim diqqət mərkəzində saxlanılır”
“Binəqədi
rayon Xocəsən bələdiyyəsi vətəndaşlarla iş və vətəndaş müraciətlərinə baxılması
məsələlərinə hər zaman həssas münasibət göstərir”- bu fikirləri adıçəkilən bələdiyyənin
sədri Nigar Məmmədova bildirib. Sədrin fikrincə, bu istiqamətdəki fəaliyyətdə əsas
olaraq “Vətəndaşların müraciətləri
haqqında” Qanun götürülür.
Sədr
bildirib ki, bələdiyyənin inzibati ərazisində yaşayan sakinlərin qəbulu ilə
bağlı həyata keçirdiyi sistemli işlər yalnız bir məqsədə, vətəndaş məmnunluğunun
təmin olunmasına və insanları narahat edən problemlərin aradan qaldırılmasına
xidmət edir. Xocəsən bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu daim
diqqət mərkəzində saxlanılır. Bələdiyyəyə müraciət edən hər bir vətəndaş bələdiyyənin
sədri və sədr müavinləri tərəfindən günü istənilən vaxtında qəbul edilir, həmçinin,
həftənin məlum günlərində qəbul saatına qaynar xətt vasitəsilə vətəndaşlar qəbula
yazılır.
2024-cü
ilin dörd ayında vətəndaşlardan 376 müraciət, o cümlədən aprel ayında 133, may
ayının 1-ci 10 günlüyündə 46 müraciət daxil olmuşdur. Vətəndaşların müraciətlərinə,
əsasən evlərin dövlət qeydiyyatında alınması, küçə adlarının verilməsi, maddi
yardim, işlə təmin olunma, dəfn haqqında arayışın verilməsi, yaşadıqları küçənin
asfaltlanması, kanalizasiya problemləri, sahibsiz itlərlə bağlı tədbir görülməsi,
qurumuş ağacların götürülməsi, və.s
daxildir. Vətəndaşlar tərəfindən edilən müraciətlərin həll olunmasında bələdiyyənin
səlahiyyətləri çərçivəsində həll olunan məsələlər yerindəcə həllini tapır. Digər
məsələlərlə bağlı isə müvafiq orqanlara müraciət göndərilir və nəzarətdə
saxlanılır.
Belediyye.info
Rəylər
0 Rəy