Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-01-2024 , 23:30

2137

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev: “Yenilənmiş BAMS proqramı bizə fəaliyyətimiz üçün geniş imkanlar açır” 

“Səbail bələdiyyəsində vergi-uçot sistemi müasir standartların tələblərinə uyğun olaraq qurulmuşdur”- bu fikirləri Belediyye.infoya  Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev bildirib.

Bu fəaliyyətin nəticəsidir ki, Səbail Bələdiyyəsinin büdcə gəlirləri 2020-ci illə müqayisədə 2.5 dəfə qədər artmışdır. 

Belə ki,  bələdiyyənin büdcənin gəlirləri  2020-ci ildə 447.533 manat olmuşdursa, bu göstərici ilbəil artaraq  2021-ci ildə 676.175 manat, 2022-ci ildə 932.076 manat, 2023-cü ilin noyabr ayınadək 962.297 manata çatdırılmışdır.

Sədr bildirib ki, yerli büdcənin gəlirlərinin artımının davamlılığını və şəffaflığını təmin edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirilir, bu zaman onlarla maarifləndirmə və təşviqat işləri aparılır. 

Bir məqamı əlavə edim ki, bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Bələdiyyələrə yerli (bələdiyyə) vergi və ödənişlərin düzgün hesablanmasında, tam məbləğdə və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə riayət edilməsində metodiki rəhbərlik Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Bələdiyyələrin vergi uçotu bu gün yenilənmiş BAMS üzərində qurulub. Yenilənmiş BAMS proqramı bizə fəaliyyətimiz üçün daha geniş imkanlar açır. 

Təbii ki, gəlirlərin artımı səbəbilə Səbail bələdiyyəsi tərəfindən görüləcək işlərin miqyası böyümüş, bu səbəbdən də 2020-ci ildə təmir, abadlıq, quruculuq və ümumilikdə sosial məsələlər istiqamətində  141.909 manat olan göstərici, 2021-ci ildə 55.897 manat, 2022-ci ildə 231.379 manat, 2023-cü ilin noyabr ayınadək 231.187 manat olmuşdur. Ümumilikdə Səbail bələdiyyəsinin inzibati ərazisində 2023-cü ilin 10 ayı ərzində 10-dan çox küçələrin, məhəllələrin, yolların, məktəblərin ərazisində təmir-tikinti işləri aparılmışdır.

Bələdiyyəmiz tərəfindən sosial məsələlərə, o cümlədən, aztəminatlı ailələrə, xüsusilə şəhid və qazi ailələrinə daha çox diqqət yetirilmişdir.Belə ki, Səbail bələdiyyəsi tərəfindən 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar yaşadıqları küçələr abadlaşdırılmış, baralyefləri və xatirə lövhələri vurulmuş, ailələri ilə mütəmadi olaraq əlaqə saxlanılaraq, onların ehtiyaclarını qarşılamaq üçün operativ şəkildə tədbirlər görülmüşdür. Bundan başqa fəaliyyət dövrümüzdə Səbail bələdiyyəsinin inzibati ərazisində yaşayan  şəhid  və qazi ailələrinə,aztəminatlı və əhalinin həssas təbəqəsinə tərəfimizdən milli bayramlar  və əlamətdar tarixi günlərdə ərzaq sovqatları və maddi yardımlar edilmişdir.

Belediyye.info 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər