Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-05-2023 , 17:41

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +
Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə  100 ədəd "Eldar şami"  əkilib 

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq rayonun 7-ci mikrorayon A.Kunanbayev 16 saylı  və 8-ci mikrorayon Ş.Məmmədova küçəsi 7 saylı binaların həyətində ağacəkmə aksiyası keçirildi.

Aksiya çərçivəsində parkda yerli iqlimə uyğun 100 ədəd Eldar şamı əkilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azay Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov,  Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri,  Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov,  Binəqədi bələdiyyəsinin  və rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi iştirak etmişdir.

Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər