Səbail bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib
Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin iştirakı ilə Bələdiyyənin inzibati binasında növbəti vətəndaş qəbulu təşkil olunub.
Qəbul zamanı sakinlərin müraciət və təklifləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə edilib. Qaldırılan məsələlərin operativ araşdırılması və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Səbail bələdiyyəsi
Rəylər
0 Rəy