Səbail bələdiyyəsinin sədri vətəndaşlarla növbəti səyyar görüş keçirib
Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. Məlumatda qeyd edilir ki, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bələdiyyə üzvləri və əməkdaşları ilə birlikdə rayonun 20-ci sahə yaşayış massinvindəki Şahlar Allahverdiyev küçəsində vətəndaşlarla səyyar görüş keçirmişdir.
Görüş zamanı sakinlərin müraciətləri dinlənilmiş, əsasən
kanalizasiya sisteminin vəziyyəti, ərazilərin abadlaşdırılması və təmir işləri
ilə bağlı qaldırılan məsələlər müzakirə olunmuşdur.
Müraciətlər nəzarətə götürülmüş, onların mərhələli həlli
istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi nəzərdə
tutulmuşdur.
Daha sonra II Qarabağ müharibəsi şəhidləri Qənbərov Bilal
Xanlar oğlu və Qurbanov Murad Asif oğlunun abidələri ziyarət edilmiş, önünə gül
dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad olunmuşdur.
Belediyye.info
Rəylər
0 Rəy