Milli Qəhrəmanın yaşadığı binada xatirə lövhəsinin açılışı olub
Nizami rayonunda Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin yaşadığı binada xatirə lövhəsinin açılış tədbiri keçirilib.
Tədbirdə
qonaqlar, Rayon İcra Hakimiyyətinin, Azərbaycan Hava Yollarının (AZAL)
əməkdaşları, Nizami və Keşlə bələdiyyələrinin və ictimai təşkilatların
nümayəndələri, İqor Kşnyakinin ailə üzvləri, yaxınları və gənclər iştirak
ediblər.
İqor
Kşnyakinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin
deputatı Rasim Musabəyov, AZAL-ın vitse-prezidenti İlham Əmirov, YAP Nizami
rayon təşkilatının sədri Ramil Vəlibəyov
və Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev çıxış ediblər.
Qeyd
olunub ki, İqor İvanoviç Kşnyakin 2024-cü il dekabrın 25-də Rusiya hava
hücumundan müdafiə qüvvələrinin zenit raket kompleksi ilə vurulan Azərbaycan
Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin kapitanı olmuş, hadisə
nəticəsində bütün idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq yüksək
peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək təyyarəni Xəzər dənizi üzərindən
Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirmiş, öz həyatı bahasına
onlarla insanın həyatını qorumağa müvəffəq olmuşdur. İqor Kşnyakin 29 dekabr
2024-cü ildə II Fəxri xiyabanda dəfn olunmuş və Azərbaycan Respublikası
Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə ölümündən sonra
"Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Çıxış
edənlər İqor Kşnyakinin yüksək peşəkarlığı, fədakarlığı, soyuqqanlı qərarvermə
qabiliyyəti, insansevərlik və vətənpərvərlik kimi ali keyfiyyətləri barəsində
danışıblar.
Vurğulanıb
ki, təcrübəli komandir, səriştəli pilot İqor Kşnyakin Azərbaycan aviasiyası
üçün böyük nüfuz və etibar simvoluna çevrilib. Onun qəhrəmanlığı daim
xatırlanacaq, əziz xatirəsi hörmətlə yad olunacaq, insanlara qarşı mərhəməti
böyük örnək olacaqdır.
Açılış
tədbirində həmçinin İqor Kşnyakinin həyat yoldaşı İana Volkova çıxış edərək
dövlətimiz tərəfindən verilən böyük dəyərə, onun ailəsinə göstərilən daimi
diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından
dərin təşəkkürlərini bildirib.
Tədbirin sonunda xatirə lövhəsinin açılışı həyata keçirilib, xatirə lövhəsinin önünə gül dəstələri qoyulub.
Rəylər
0 Rəy