İsrafil Hüseynov: “Bələdiyyənin təşkilatçılığı ilə ehtiyacı olan vətəndaşlara Qurban payı paylanılıb”
“Buzovna bələdiyyəsi hər zaman əhalinin həssas qrupuna öz maddi və mənəvi dəstəyini göstərməkdədir”-bu fikirləri Belediyye.info adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.
Sədrin sözlərinə görə, islam aləminin ən müqəddəs
bayramlarından biri olan Qurban bayramı münasibətilə bələdiyyə qəsəbə ərazisində
növbəti nəcib aksiya təşkil edib. Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Buzovna bələdiyyəsinin
təşkilatçılığı ilə ehtiyacı olan vətəndaşlara və aztəminatlı ailələrə Qurban payı
paylanılıb.
Bələdiyyə rəsmilərinin və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə
rayonun şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə, sosial cəhətdən həssas
ailələrə, tənha şəxslərə və əlillərə (ümumilikdə 80 ailəyə) Qurban payları təqdim edilib.
Qurban payı iki gün ərzində bələdiyyə üzv və qulluqçularının
iştirakıyla paylanılıb, habelə yaşlı və ahıl insanlara isə Qurban payları
ünvanlarına çatdırılıb.
Sədr bildirib ki, bələdiyyə hər zaman bayram günlərində həssas
qrupa aid insanlara maddi- mənəvi dəstək göstərməyi unutmur.
Rəylər
0 Rəy