Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-04-2026 , 20:07

2217

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

“Gender bərabərliyində qadınlar” mövzusunda tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi və Mərdəkan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə “Gender bərabərliyində qadınlar” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyov, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova, mərkəzin sosial pedaqoqu Ayşən Qafarzadə, psixoloqu Aytəkin Məmmədova, Xəzər Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi Xəyalə Həsənova, Zirə Bələdiyyəsinin sədri Anar Hüseynli və digər idarə və təşkilatların nümayəndələri iştirak etmişlər.

Zirə Bələdiyyəsinin sədri Anar Hüseynli çıxışı zamanı gender bərabərliyinin qorunması və inkişafı istiqamətində əldə olunmuş mühüm nailiyyətlərdə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin xüsusi rolunu vurğulamışdır. O qeyd etmişdir ki, məhz bu siyasət nəticəsində qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş və 1998-ci il 14 yanvar tarixli fərmanla Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Çıxışında o, həmçinin bildirmişdir: “Zirə bələdiyyəsi olaraq biz də Ulu Öndərin əsasını qoyduğu bu siyasətin davamı kimi gender bərabərliyinin təşviqinə xüsusi önəm veririk. Qadın və kişi hüquq bərabərliyinin təmin olunması, erkən nikahların və məişət zorakılığının qarşısının alınması, gənclərin maarifləndirilməsi məqsədilə mütəmadi tədbirlər həyata keçiririk. Bu çərçivədə Xəzər Rayon İcra Hakimiyyəti, Zirə bələdiyyə əməkdaşları, dini icma nümayəndələri, eləcə də Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova və əməkdaşları ilə birgə məktəblərdə maarifləndirici görüşlər keçirilmiş, şagirdlərlə gender bərabərliyi, ailə dəyərləri və sağlam cəmiyyət mövzularında geniş müzakirələr aparılmışdır.”

Sonda vurğulanmışdır ki, gələcəkdə də bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək, cəmiyyətdə bərabər imkanların təmin olunmasına və sağlam sosial mühitin formalaşmasına töhfə verilməsi davam etdiriləcəkdir. Qeyd olunmuşdur ki, güclü cəmiyyətin əsasında bərabər hüquqlar, qarşılıqlı hörmət və ədalət dayanır.

  Tədbirin sonunda “BakuBus” MMC-nin ilk qadın sürücüsü Rəna Cəfərova çıxış edərək şəxsi təcrübəsini bölüşmüş, qadınların qeyri-ənənəvi peşələrdə də uğurla fəaliyyət göstərə biləcəyini vurğulamışdır.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər