Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-04-2026 , 22:34

118

Son xəbərlər

Bütün xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mürsəl Eminov: “Cari lin birinci rübündə 30 faizlik artım olub”


“Binəqədi bələdiyyəsi olaraq əsas fəaliyətimiz seçicilərimizə xidmətdən keçir. Xidmətimiz isə maliyyə vəsaiti tələb edir. Odur ki, bələdiyyənin vergi xidməti bu istiqamətdə ciddi şəkildə fəaliyyət göstərir. Cari ildə isə vergi xidmətinin üzərinə daha böyük məsuliyyət yükü düşür. Belə ki, növbəti ildən vergi ödəyicilərinə bildirişlərin onlayn qaydada verilməsi nəzərdə tutulur”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov deyib.

Sədr qeyd edib ki, “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI icrasından sonra büdcə gəlirlərinin kifayət qədər artımı gözlənilir.

Sədr bildirib ki, vergi xidmətinin fəaliyyətinin nəticəsidir ki, cari ilin birinci rübündə 2024-cü illə müqayisədə 30 faizlik artım  müşahidə olunub.

Sədr açıqlamasında  əldə olunan bəzi rəqəmlərə də toxunub.

Sədr qeyd edib ki, 2024 -cü ilin birinci rübündə əmlak vergisindən 146.840 manat, 18.665 manat torpaq vergisindən, 14762 manat  icarə haqlarından, 261 manat dayanacaq rüsumundan, 232 manat mehmanxana rüsumundan, 5000 manat isə ianə köçürməsi olmaqla  cəmi 185.763 manat əldə olunub.

2025-ci ilin birinci rübündə əmlak vergisindən 155.755 manat, 17.566 manat torpaq vergisindən, 17586 manat icarə haqlarından, 261 manat dayanacaq rüsumundan, 1076 manat mehmanxana rüsumu olmaqla cəmi 192.246 manat əldə olunub.

2026-cü ilin birinci rübündə əmlak vergisindən 193.646 manat, 26.285 manat  torpaq vergisindən, 20.551 manat  icarə haqlarından, 315 manat dayanacaq rüsumundan, 1.110 manat mehmanxana rüsumundan, 5000 manat isə ianə köçürməsi olmaqla  cəmi 241.899 manat əldə olunub.

Göründüyü kimi, ümumi büdcə gəlirlərində olduğu kimi, əmlak vergisinin yığımında da  30 faizlik artım olub. İlin sonunadək artımın daha yüksək olacağı gözlənilir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz