Əhmədli bələdiyyəsində tələbələrlə görüş keçirilib
“Xətai rayonu Əhmədli bələdiyyəsində 2 fevral – Gənclər Günü münasibətilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə növbəti görüş keçirilib”-bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Allahverdi Həsənli deyib.
Sədr qeyd edib ki, tədbir
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib..
Görüşdə çıxış edən sədr
bu gün Azərbaycanda Gənclər Gününün təntənəli şəkildə qeyd olunduğunu bildirərək,
dövlət gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulduğunu vurğulayıb. Daha sonra qeyd olunub ki, bu siyasət hazırda Müzəffər
Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Görüşdə gənclərə
göstərilən dövlət qayğısından danışılmış və Əhmədli bələdiyyəsinin də bu
istiqamətdə həyata keçirdiyi layihələrdən söhbət açılmışdır.
Sonda tələbələri maraqlandıran suallara cavablandırılıb.
Belediyye.info
Rəylər
0 Rəy