Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-01-2026 , 00:14

558

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Maştağa qəsəbəsində yol infrastrukturu yaxşılaşdırılıb


Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Ləhc” bağ massivi, Etibar İsmayılov küçəsi üzrə yolun mövcud vəziyyəti ilə bağlı ərazi sakinlərinin kollektiv müraciəti əsasında Maştağa bələdiyyəsi tərəfindən müvafiq təmir-bərpa işləri həyata keçirilib.

Müraciət nəzərə alınaraq ərazidə yolun texniki vəziyyəti yaxşılaşdırılmış, hərəkətin təhlükəsizliyi və rahatlığı təmin edilmiş, xüsusilə yağıntılı hava şəraitində yaranan çətinliklərin aradan qaldırılması istiqamətində zəruri işlər görülmüşdür. Nəticədə sakinlərin gündəlik gediş-gəlişi asanlaşdırılmış, nəqliyyat və piyadaların hərəkəti üçün daha əlverişli şərait formalaşdırılmışdır.

Maştağa bələdiyyəsi tərəfindən qəsəbə ərazisində infrastrukturun mərhələli şəkildə yaxşılaşdırılması, vətəndaş müraciətlərinə operativ reaksiya verilməsi və yaşayış mühitinin daha da komfortlu hala gətirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Maştağa bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Elxan Oqtay oğlu İbrahimov kimdir?


Bakı
12-11-2025
1558