Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-10-2025 , 21:56

960

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal bələdiyyəsi sədri sakinlərlə növbəti görüşü keçirilib

Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Nəriman Nərimanov küçəsi 201,203 və 205 saylı binalarda yaşayan sakinlər ilə səyyar görüşü keçirilmişdir.

Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı.Sakinlərin binaların həyətində abdlıq işlərinin aparılması, mini futbol stadionunun inşa olunması,asudə vaxtlarını keçirmək üçün  söhbətgahların quraşdırılması,oturacaqların qoyulması,qurumuş ağacların götürülməsi və

digər məsələlərlə bağlı arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Sakinlər adından çıxış edən Vaqif Əliyev rayon ərazisində görülən işlərə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlığını bildirdi. Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
1024

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
1121