Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-11-2026 , 00:23

87

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

11 Noyabr – Mingəçevir şəhərnin yaranma günüdür: BƏLƏDİYYƏ SƏDRİ YAZIR


Bu gün Azərbaycanın “İşıqlar şəhəri” kimi tanınan, özünəməxsus tarixi, zəngin ənənələri və dinamik inkişaf yolu ilə seçilən Mingəçevirin 78 yaşı tamam olur.

Bu əlamətdar gün münasibətilə Mingəçevir Bələdiyyəsi adından bütün mingəçevirliləri səmimi-qəlbdən təbrik edir, hər bir sakinə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və doğma şəhərimizin tərəqqisi naminə həyata keçirilən işlərdə uğurlar arzulayırıq!

Mingəçevir bu gün təkcə Azərbaycanın enerji potensialında mühüm yer tutan sənaye şəhəri deyil, həm də müasir infrastrukturu, abad küçələri, gözəl təbiəti, turizm imkanları və zəhmətkeş insanları ilə seçilən yaşayış məskənidir. Şəhərimizin keçdiyi 78 illik inkişaf yolu minlərlə insanın əməyi, zəhməti və doğma yurda bağlılığı ilə formalaşıb.

Mingəçevirin bugünkü inkişafında yerli özünüidarəetmə orqanı olaraq Bələdiyyənin də özünəməxsus rolu və töhfəsi var. Şəhər mühitinin yaxşılaşdırılması, abadlıq və quruculuq işlərinin genişləndirilməsi, sosial təşəbbüslərin dəstəklənməsi, sakinlərin müraciət və təkliflərinin nəzərə alınması istiqamətində həyata keçirdiyimiz layihələr bu fəaliyyətin mühüm istiqamətlərini təşkil edir. Bələdiyyəmiz şəhərin sosial-iqtisadi inkişafına, ictimai rifahın yüksəldilməsinə və sakinlər üçün daha əlverişli yaşayış mühitinin formalaşdırılmasına öz töhfəsini verməyi əsas vəzifələrindən biri hesab edir.

Eyni zamanda, yerli özünüidarəetmə ilə yerli icra hakimiyyəti arasında qarşılıqlı əməkdaşlığın, sağlam münasibətlərin və əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini xüsusi vurğulamaq istərdik. İnanırıq ki, dövlət qurumları ilə bələdiyyələr arasında səmərəli əməkdaşlığa, qarşılıqlı etimada və ümumi məqsədlərə əsaslanan münasibətlər şəhərlərin inkişafına mühüm təkan verir. Mingəçevirdə bu istiqamətdə formalaşan müsbət təcrübənin daha da təkmilləşdirilməsi, uğurlu yerli idarəetmə və əməkdaşlıq modelinə çevrilərək digər şəhər və rayonlarda da tətbiq oluna biləcək səviyyəyə çatdırılması vacibdir.

Əminik ki, bələdiyyə və yerli icra hakimiyyəti arasında birgə fəaliyyətin daha da gücləndirilməsi, sakinlərin təşəbbüslərinə diqqət və qayğının artırılması, qarşıya qoyulan hədəflərin birlikdə reallaşdırılması Mingəçevirin gələcək inkişafına yeni imkanlar açacaqdır.

Əziz mingəçevirlilər!

Doğma şəhərimizin hər bir uğuru, hər bir yeniliyi və inkişafı hamımızın ortaq sevincidir. Gəlin, birlik və həmrəylik nümayiş etdirərək Mingəçevirimizi daha müasir, daha abad, daha gözəl və yaşamaq üçün daha əlverişli şəhərə çevirmək naminə səylərimizi birləşdirək.

78 yaşın mübarək, doğma Mingəçevir!

Qoy şəhərimizin işıqları daim yansın, inkişaf yolu açıq, gələcəyi parlaq olsun!

 Anar İsmayılov

Mingəçevir Bələdiyyəsinin sədri


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid ailəsi ziyarət olundu

Region
06-11-2026
201