Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-11-2026 , 18:06

104

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rauf Məhərrəmov: “Bələdiyyənin maliyyə imkanlarının yaxşılaşdırılması sakinlərə daha  səmərəli xidmət göstərilməsi üçün də yeni imkanlar yaradıb”

Quzanlı bələdiyyəsinin fəaliyyətində əsas prioritet sakinlərə keyfiyyətli xidmət göstərməkdir. Bələdiyyə olaraq əsas məqsədimiz sakinlərimizin müraciət və ehtiyaclarına həssas yanaşmaq, onların problemlərinin həlli istiqamətində operativ və keyfiyyətli xidmət göstərməkdir.

Bu fikirləri Ağdam rayonu, Quzanlı bələdiyyəsinin sədri Rauf Məhərrəmov deyib.

Sədr qeyd edib ki, sevindirici haldır ki, azsaylı kollektivimizin birgə səyləri və məqsədyönlü fəaliyyəti nəticəsində əvvəlki illərdən yığılıb qalmış borcların ödənilməsi təmin edilmişdir. Bu, bələdiyyənin maliyyə imkanlarının yaxşılaşdırılması ilə yanaşı, sakinlərə daha operativ və səmərəli xidmət göstərilməsi üçün də yeni imkanlar yaradıb.

Hazırda həyata keçirdiyimiz layihə və tədbirlərin əsas istiqamətini qəsəbə və inzibati ərazi dairəsinə daxil olan kəndlərdə məhəllədaxili yolların abadlaşdırılması, ərazilərin təmizliyi və ümumi infrastrukturun yaxşılaşdırılması təşkil edir.

Cari il ərzində qəsəbəni əhatə edən kəndlərdə ümumilikdə 10 kilometrdən artıq yol sahəsinə çınqıl materialı tökülərək yayılmış, eyni zamanda, ərazilərdə genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilmişdir.

Qarşıdakı dövrdə də Quzanlı bələdiyyəsi olaraq sakinlərin rifahının yüksəldilməsi, mövcud problemlərin həlli və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində fəaliyyətimizi ardıcıl şəkildə davam etdirəcəyik. İnanırıq ki, kollektivimizin birgə əməyi və sakinlərimizin dəstəyi ilə qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid ailəsi ziyarət olundu

Region
06-11-2026
147