Nazim Kərimov: “Şəhər ərazisində abadlıq və təmir işlərinin bundan sonra da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur”
“Bələdiyyənin qarşıya qoyduğu əsas hədəfi yerli büdcə gəlirlərinin artırılması, vergi və digər ödənişlərin yığım səviyyəsinin yüksəldilməsi, bələdiyyə əmlakından səmərəli istifadə olunması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və əldə olunan büdcə vəsaitlərinin yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına, abadlıq və infrastruktur layihələrinin həyata keçirilməsinə səmərəli şəkildə yönəldilməsidir”- bu fikirləri Belediyye.infoya Cəlilabad rayonu, Göytəpə bələdiyyəsinin sədri Nazim Kərimov deyib.
Cari ildəki büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, 2026-cü ilin
birinci yarısı üzrə bələdiyyə büdcəsinə 48.504
manat vəsait daxil olub ki, onunda 10.438 manatı əmlak vergisindən, 5.969 manatı
torpaq vergisindən, 31.087 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən əldə edilib. 2026-ci ilin birinici yarısında bələdiyyə mülkiyyətinin icarəsindən bələdiyyə büdcəsində 1.010
manat daxil olub.
Sədr
qeyd edib ki, cari ilin ilk altı ayı ərzində əldə olunan büdcə gəlirləri hesabına inzibati
ərazidə aşağıdakı layihə və abadlıq işləri həyata keçirilmişdir:
-Şəhid Vüqar İbadov küçəsinin 480
metr hissəsində küçə işıqlandırma sistemi quraşdırılmış, müasir işıqlandırma
dirəkləri və LED lampalarla küçənin gecə vaxtı işıqlandırılması təmin
edilmişdir.
-Şəhid Namiq Həsənov küçəsinin 300 metr hissəsində küçə işıqlandırma
sistemi quraşdırılaraq istismara verilmişdir.
- Göytəpə şəhərində mərkəzi parkda sanitar qovşağın tikintisinə başlanılmışdır.
- Göytəpə şəhərinin 25-dən artıq küçəsinin müəyyən hissələrinə çınqıl tökülərək yayılmış, hərəkət üçün əlverişli
şərait yaradılmışdır.
- Göytəpə şəhər Qarabağ Müharibəsi şəhidlərinin xatirə kompleksinin
tikintisi başlanılmışdır.
Sədr qeyd edib ki, bələdiyyə tərəfindən həyata keçirilən layihələr və görülən işlər əhalinin rahatlığının təmin edilməsi, infrastrukturun yaxşılaşdırılması və şəhərin abadlaşdırılması məqsədi daşıyır.
Sədr Nazim Kərimov sonda qeyd edib ki, büdcə imkanları nəzərə alınmaqla inzibati ərazidə abadlıq və təmir işlərinin bundan sonra da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Belediyye.info
Rəylər
0 Rəy