Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-07-2026 , 18:50

198

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə ərazisində həllini gözləyən çoxsaylı problemlərimiz var


 

Muxax bələdiyyəsinin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir. Demək olar ki, bələdiyyəmiz müəyyən mənada buna nail ola bilmişdir.

Muxax bələdiyyəsi öz işində ölkə başçısı tərəfindən  imzalanan fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan,Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş idarəsinin, Şəki Regional Ədliyyə İdarəsinin təklif və tövsiyyələrindən, AKBMA-nın bələdiyyələrə  göstərdiyi marifləndirici və  köməkliklərindən və  bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları, həmçinin Zaqatala RİH -nin  başcısının tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurmaqdadır.

Bələdiyyə olaraq fəaliyyətimizi əsasən ərazidə quruculuq-abadlıq, bələdiyyə ərazisində səliqə-sahman işlərinə yönəldirik. Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi nümayəndəliklərin ərazisini əhatə edir.  Biz hər iki nümayəndəliklə birlikdə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətimizi  həyata keciririk. Qarşılıqlı əlaqə qurmağımızın nəticəsidir ki, ərazidə olan problemlərin həllinə vaxtında nail ola bilirik.

6 ay ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 49 ədəd ərizə  daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması  ilə bağlı olmuşdur. Müraciət edənlərin əksəriyyətinin torpaqdan başqa  digər xahişi əsasən həll edilmişdir. Həyətyanı torpağın verilməsi  bələdiyyəyə elektron xəritələr təhvil verildikdən dəqiq yerləri bilindikdən sonra həyata kecirilməsi nəzərdə tutulmuşdur.

6 ay ərzində 62 nəfər vətəndaşımız bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Bundan başqa bələdiyyədə “Acıq qapı” günü təşkil edilmişdir. Qəbulda vətəndaşlar tərəfindən irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti komissiyalar,bələdiyyə qulluqcuları tərəfindən araşdırılaraq həllini tapmış həlli mümkünsüz olan müraciətlər isə əlaqədar təşkilatlara yönəldilmişdir.

6 ay ərzində bələdiyyəyə rəsmi orqanlardan 46 ədəd sənəd daxil olmuşdur. Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmış və aiddiatı üzrə vaxtında tərəfimizdən cavab verilməsi təmin edilmişdir.

Bələdiyyədə 2026-cü ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanunlarına  uyğun qayadada aparılmışdır.Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra zəruri olan tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir. Hamımız yaxşı bilirik ki, bələdiyyə öz büdcəsini əsas ehtibari ilə torpaq  və əmlak vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırır.

2026-cü ilin  6 ayı ərzində bələdiyyənin 15 iclası olub. İclasların gündəliyinə 75 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub.  Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib. İclaslarda qəbul edilən qərarların icrası vaxtında gecikdirilmədən təmin edilmişdir.

Maliyyə imkanlarımız əsasında 2026-cü ilin 6 ayı ərzində bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini  təmin etmişik.

-Bildiyiniz kimi 2026-cı il təbii vəlakətlərlə qarşı-qarşıya qalmışıq.Allah qismət etdiyindən artığına nail olmaq mümkün deyildir.Biz də təbii fəlakətlə imkanımız daxilində mübarizə aparmağa calışırıq.Elə kənddaxili yollarımız vardır ki,dədəflərlə bu il təmir etməyimizə baxmayaraq yenə də təmirə ehtiyac vardır.Bu yollar əsasən yaşayış məntəqəsi olan dağ dibi yollradı ki,yenə də yağan güçlü yağışlar nəticəsində təmir işləri davam etdirilir.

- Ərafzidə təşkil olnmuş zibil tullantıları üçün təşkil olunan poliqon tərəfimizdən texnika cəlb edilərək təmizləmə işləri aparılaraq əsasən tikinti söküntüləri  daş kəsəklə dolduğu üçün bağlanmışdır.

 -Ərazidə çay yataqlarında və pərzivana vətəndaşlar tərəfindən atılan zibil tullantıları vaxt aşırı texnika ilə təmizlənərək məhv edilir.

-Ərazidə “Şəhərsalma və Memarlıq ili” elan ili ilə əlaqədar  kənddaxili  yollarda təmir tikinti işləri aparımışdır.Yollarda təmir işləri bu  ilin sonuna qədər tədbirlər planına uyğun davam etdiriləcəkdir.Yolda təmir işlərində yaxından iştirak edən zəhməti olan hər bir vətəndaşımıza texnika köməkliyi edənlərə sağ olun deyirik.

 -Ərazidə olan Şəhid ailələri,Qarabağ qaziləri daim diqqətdə saxlanılır,onlara bələdiyyə tərəfindən mütamadi olaraq yardımlar edilir,onların problemlərinin vaxtında həlli istiqamətində işlər görülür,bundan sonra da onlara edilən diqqət və qayğımız daha da artırılacaqdır.

-Ərazidə yaşayış vəziyyəti cətin,xəstəsi olan vətəndaşlarımıa həssas qrupdan olan insanlara birdəfəlik maddi yardımlar edilmişdir.

-Vətəndaşların müraciətləri əsasında Yollarda lazım olan yerlərə su keçidi arxlarına borular alınaraq  yolarda təmir aparılmışdır.

-Ramazan Qurban bayramı qabağı tək-kimsəsiz cətin dolanan ailələrə birdəfəlik maddi yardımlar edilmişdir.

-Kəndin mərkəsində olan avtobus dayanacağı təbii fəlakət zamanı sökülmüş dam örtüyü yenilənmiş,yaxın günlərdə daxilində təmir işləri görüləcəkdir.

-Bələdiyyə idarəsində istifadə  üçün dəfətərxana ləvazimatı, mühasibatlığa kitab üçün dolablar alınmışdır.  

2026-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  74.340 manat  vəsait daxil olub ki,  onunda  10.566 manatı əmlak vergisindən, 17.283 manatı torpaq vergisindən, 31091 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən əldə edilib. 2026-ci il ərazində də  bələdiyyə mülkiyyətinin icarəsindən isə 8999 manat, ot satışından 5.373 manat, sənədləşmə 415 manat,  digər istiqamətlərdən isə 612 manat daxil olub.

 Əldə edilən maliyyə vəsaiti ilə şəhid, qazi və aztəminatlı ailələrə 7.750 manatlıq maddi yardım göstərilib. Bununla yanaşı yollarda su kecidlərinə 1.100 manatlıq borular alınmış, kənddaxili ara yollarda təmir işlərinə 6.301 manat, mərkəzi  yollarda abadlıq işlərinə 2.300 manat xərclənmişdir.  

Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir.

Bələdiyyə üzvlərimiz seçicilərin  məsuliyyətlərini daha dərindən dərk etmiş,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışıblar. Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş üslubunun,forma və metodlarının təkmilləşdirilməsi prosesesində də fəallıq göstərməkdədirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq təmin edilməkdədir. Bu elə gənc bələdiyyə üzvlərinin fəaliyyətinin nəticəsidir. Məlumat üçün bildirim ki, Muxax bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook,instaqram) internet səhifəsindən və  dolğun məlumat ala bilər. Bir məsələni də nəzərinizə catdırıram ki, Azərbaycanda bəlkə də Muxax bələdiyyəsi ilk bələdiyyələrdəndir ki, 2015-ci ildən  sosial şəbəkələrdə aktiv olaraq fəaliyyət göstərir. Bundan başqa bələdiyyənin elektron poçt ünvanı (muxax.belediyye@gmail.com- muxax.belediyye@mail.ru) var ki, daimi fəaliyyət göstərir. Bələdiyyə olaraq biz Belediyye.info saytı ilə də əlaqəli işləməklə ərazidə  görülən işləri maliyyə hesabatlarımızı da işıqlandırırıq. Bundan başqa bələdiyyə bunasının həyətində BƏLƏDİYYƏ MƏLUMAT LÖVHƏSİ vardır ki, məlumat lövhəsində gündəlik məlumatlarla,yeni xəbərlərlə tanış ola bilərlər.Biz gənc bələdiyyə üzvləri olaraq  hər bir şərait yaradırıq ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq,vətəndaş məmnunluğu təmin edilsin.

Bütün bu qeyd etdiklərimlə yanaşı hələ də bələdiyyə ərazisində görə bilmədiyimiz işlər,həllini gözləyən çox saylı problemlərimiz  qalmaqdadır. Fürsətdən istifadə edərək bütün vergi ödəyicilərimizə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını gecikdirmədən ödəsinlər. Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və kənddə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Eyni zamanda kənd sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər ərazidə yaşadıqlarını unudaraq həyətyanı sahələrindən çıxan tullantıları, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına atırlar.   Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən  texnikaların hərəkətinə ciddi maneçilik törədir. Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları,arxları təmizləmirlər və həmin yerlər bir müddət sonra böyük bir zibilliyə çevrilir və yağışlar yağıb sellər olan zamanı bildiyiniz kimi problemlərlə üzləşirik. Bu da bizi olduqca narahat edir.Məlumat üçün bildirim ki, müəyyən olunmuş zibil poliqonu vaxtsız olaraq daş şınqıl ilə doldurulduğu üçün hal-hazırda yeni zibil tullantıları poliqonu üçün sahənin ayrılması istiqamətində işlər görülür. Hər birimiz kəndimizin ekoloji təmiz saxlanmasına öz köməkliyimizi göstərməliyik.

 Vətəndaşların bələdiyyəyə ötən illərdən icarə, pay torpağından olan kifayət qədər  və əmlak vergi borcları var.Bu gün bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən biridir.Digər bir məsələ isə bələdiyyədən həyətyanı torpaq sahəsi alıb sənədləşmə işlərini başa catdırmayan vətəndaşlarımızadır. 2007-ci ilə qədər bələdiyyə mülkiyyətindən həyətyanı  torpaq sahəsi götürüb pulun bir hissəsini ödəyib sənədləşməni başa catdırmayıblar. Həmin vətəndaşlara bildiririk ki,hal-hazırda həyətyanı torpaq sahələri bazar qiymətlərinə əsasən (Hərrac müsabiqə ) yolu ilə müəyyən edilir.

2007-ci ilin sonuna qədər həyətyanı sahəni bələdiyyədən alıb sənədləşməni başa catdırmayan vətəndaşlarımız həyətyanı sahəsini  sənədləşməsinə biganə yanaşmasınlar. Qeyd edilən tarixə qədər alqı-satqı aktı olmayıbsa indiki mövcud olan qanunvericiliyə uyğun olaraq alqı-satqını həyata kecirmək mümkün olacaqdır. 2007-ci ilin sonuna qədər alqı-satqı aktı almış olan vətəndaşlar hec bir problem olmadan  sənədləşmə işlərinin davam etdirə bilərlər.

Çox təəssüflər olsun ki, yenə də aparılan marifləndirmə işlərinə baxmayaraq vətəndaşlarımız qeyd edilən məsələyə biganə yanaşırlar.

Vergiləri ödəməkdən yayınanlara bir daha xəbərdarlıq edirik ki,vergilərini vaxtında ödəməsələr tədbirlər görmək məcburiyətindəyik. Maliyyə hesabatından da bunu görmək mümkündür. Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və Ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin istifadəyə verilməsindən sonra bələdiyyə ərazisində olan bütün vergi ödəyiçilərimiz həmin bazaya daxil edilmişdir. Bildirmək istəyirik ki,hal-hazırda qeyd edilən sistem 13 dövlət təşkilatlarına birləşdirilmişdir. Problemlə üzləşmək istəmizsinizsə vergilərinizi ödəyin ki, biz də nəzərdə tutmuş layihələri həyata kecirək.

Bir məsələni də Siz vergi ödəyiçilərinə bildirmək istəyirəm ki, vergiləriniz barədə məlumatı  myqov.az.daxil olmaqla vergiləriniz barədə hər bir məlumatı öyrənə bilərsiniz. Sizə bildirim ki, aktiv vergi ödəyicilərimizin  60 faizi hec bələdiyyəyə gəlmədən vergi borclarını  poçta müarciət etməklə terminallar vasitəsi ilə rahatlıqla ödəyirlər və bələdiyyəyə də öz razılıqlarını bildirirlər.

Hesab edirik ki, bələdiyyə üzvlərimizin, ziyalıların və bütün kənd əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirik ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda bələdiyyəmiz kəndimizin sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Bələdiyyəmiz bundan sonra da nəinki rayon səviyyəsində, hətta ölkə səviyyəsində seçilən bələdiyyələrdən biri olacaqdır.

Mən şübhə etmirəm ki, bundan sonrakı illərdə də Muxax bələdiyyəsi uğurla inkişaf edəcəkdir. Bizim bütün nəzərdə tutduğumuz planlarımız,layihələrimiz sözsüz ki, həyata keçiriləcəkdir. 

 Elvin Yusubov

Zaqatala rayonu, Muxax bələdiyyəsinin sədri                 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər