Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-07-2026 , 23:59

100

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Allahverdi Xudaverdiyev: “Mehmanxana ödənişlərinin həcmini 12 dəfəyədək artıra bilmişik”


 “Cari ilin birinci yarısında Quba bələdiyyəsinin büdcə gəlirləri 120.021 manatı keçib.  2025-ci ilin birinci yarısı ilə müqayisədə 20 faiz artıq deməkdir” -bu fikirləri Belediyye.infoya Quba bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev deyib.

Sədrin sözlərinə görə, 2025-ci illn birinci yarısında əldə olunan 100.462  manatın 60.453 manatı əmlak vergisindən, 14.414 manatı torpaq vergisindən, 196 manatı mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən, 981 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən,  23.070 manat bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 1.348 manatı isə bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.

Cari ilin birinci yarısındakı büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, 2026-cı ilin birinci yarısında əldə olunan 120.021 manatın 75.976 manatı əmlak vergisindən, 19.444 manatı torpaq vergisindən, 2.365 nanat  mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən, 8.982 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, 9.740 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 3.222 manatı isə bələdiyyə mülkiyyətinin icarəsindən  daxil olub.

Göründüyü kimi, bütün maliyyə istiqamətlərindən ciddi irəliləyişə nail olunub. Ancaq ən çox irəliləyiş mehmanxana ödənişlərində əldə olunub.  Belə ki, altıaylıq müqayisə göstərir ki, mehmanxana ödənişlərinin həcmi 12 dəfədən çox artıb.

Bu gün bələdiyyənin vergi  xidmətinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla şəhər ərazisində vətəndaş məmnunluğunu təmin etməkdir.

Hədəfimiz cari ildə daha yüksək maliyyə resursları əldə etməkdir. Bunun üçün kollektiv çalışır və Bələdiyyələrin Vahid İnformasiya Sisteminin(BVİS) verdiyi bütün imkanlardan yetərcincə istifadə etməyə çalışırıq. 

Nəzərə alaq ki, növbəti ildən vergi ödəyicilərinə bildirişlərin onlayn qaydada paylanılması nəzərdə tutulub. Demək bələdiyyənin vergi xidmətinin üzərinə düşən məsuliyyət yükü bir qədərdə artıb. Yəni vergi xidmətinin əməkdaşları bir tərəfdən sakinlərlə görüşlər keçirərək izahat aparmalı, digər tərəfdən vergi ödəyicilərinin əlaqə məlumatlarını dəqiqləşdirilməlidir.

Sədr qeyd edib ki, kollektiv bu gün qarşılarına qoyduqları hədəfə doğru addım atmaq üçün var gücü ilə çalışır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
891