Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-07-2026 , 06:44

236

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qüdrət Kazımov: “Müəssisəmizdən mənfəət vergisinin daxil olmasını bələdiyyənin uğuru hesab etmək olar”

“Hədəfimiz təsdiq edilmiş büdcə layihəsinə uyğun olaraq əhalinin həssas qrupunun problemlərinin həllində aktiv iştirak etməkdir”- bu fikirləri Belediyye.infoya İsmayıllı bələdiyyəsinin sədri Qüdrət Kazımov deyib.

Sədr qeyd edib ki, abadlıq üçün xərclənmiş 8.175 manat vəsait İsmayıllı şəhərində yeni qurulan "Abad məhəllə"yə süni yaşıllıqların salınmasına, bununla yanaşı qəbirstanlıqlarda təmizlik işlərinin görülməsi və zəruri iş alətlərinin  alınaraq qəbirstanlıqlarda istifadə edilməsi, "Məhhəmmədiyyə" məscidinin yaxınlığında olan qəbiristanlığın şərq hissəsinin hasarlanması, torpaq sahəsinin və qəbirstanlığa gedən yolun çınqılla hamarlanması  üçün xərclənmişdir.           

Sədr açıqlamasında təsis etdikləri müəssisəsin də bələdiyyə büdcəsinə mənfəət vergisinin ödənildiyi xüsusi ilə vurğulayıb.                        

Sədr qeyd edib ki,  İsmayıllı bələdiyyəsinin nəzdində fəaliyyət göstərən "İsmayıllı Aqrar-Təmir-Tikinti idarəsi"nin fəaliyyəti nəticəsində 2026-cı ildə 177,45 manat mənfəət vergisi İsmayıllı bələdiyyəsinin hesabına köçürülmüşdür. Müəssisəmizdən mənfəət vergisinin daxil olmasını bələdiyyənin uğuru hesab etmək olar.

Qüdrət Kazımov deyib ki, son üç ilin büdcə gəlirlərinin təhlili göstərir ki,  vergi xidmətinin sistemli fəaliyyəti nəticəsində büdcə gəlirtlərində 40 faizlik artım müşahidə olunub. Ən şox artım isə əmlak və torpaq vergisi üzrə əldə olunan gəlirlərdə olub. Belə ki, son üç il ərzində əmlka vergisində 56 faiz, torpaq vergisində isə 65 faiz artım əldə olunub.

Bəzi qərəmlərə diqqəti çəkən sədr qeyd edib ki, 2024-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  54.798 manat  vəsait daxil olub ki,  onunda  24.115 manatı əmlak vergisindən, 14.265 manatı torpaq vergisindən, 5.640 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  , 660 manatı isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib. İl yarım ərzində  bələdiyyə mülkiyyətinin icarəsindən 10.106 manat vəsait daxil olub

2025-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  36.091 manat  vəsait daxil olub ki,  onunda  15.837 manatı əmlak vergisindən, 10.443 manatı torpaq vergisindən, 4.093 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  360 avtodayanacaqlardan, 2.065 manatı isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib. 2025-ci il ərazində də  bələdiyyə mülkiyyətinin icarəsindən 5.357 manat vəsait daxil olub.

2026-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  76696 manat  vəsait daxil olub ki,  onunda  37.703 manatı əmlak vergisindən, 23617 manatı torpaq vergisindən, 249.227 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  100 avtodayanacaqlardan, 200  manatı isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib. 2026-ci il ərazində də  bələdiyyə mülkiyyətinin icarəsindən isə 14.853 manat vəsait daxil olub.222 manat isə digər istiqamətlərdən daxil olub. Təəssüf ki, 2026-cı ildə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən bələdiyyıə büdcəsinə hər hansıə vəsait daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər