Zülfüqar Yusubov: “Gədəbəy bələdiyyəsi bundan sonra da seçicilərinin xidmətində layiqincə dayanmaq üçün var qüvvəsi ilə çalışacaqdır”
“Son üç ilin birinci yarısında əldə etdiyimiz büdcə gəlirlərini müqayisə etmiş olsaq bələdiyyənin 80 faizədək artıma nail olduğunu görərik”- bu fikirləri Gədəbəy bələdiyyəsinin sədri Zülfüqar Yusubov deyib.
Sədrin sözlərinə görə, 2024-cü ilin birinci yarısında 25.394 manat əldə
edilmişdirsə, cari ildə bu rəqəm 45.594 manat olub. Yerli vergilərin yığımında artım
müşahidə edilib. Bununla yanaşı mehmanxana ödənişlərinin əldə edilməsində də irəliləyiş
hiss olunmaqdadır. Belə ki, mehmanxana rüsumlarının həcmi cari ilin birinci
rübündə 340 manat, 2025-ci ilin birinci rübündə 220 manat, 2024 - cü ilin
birinci rübündə isə 306 manat olmuşdu.
Sədr qeyd edib ki, bələdiyyə əldə etdiyi maliyyə vəsaitindən müharibə
veteranlarına maddi yardim ayırmış, habelə şəhərdə olan Şəhidlər xiyabanda
elektrik xəttinin təmirini həyata keçirmiş, bununla yanaşı Qurban bayramında
imkansızlara bayram sovqatı paylamışdır.
Ötən dövrdə bələdiyyə Heydər Əliyev parknda ağac əkmə aksiyası
keçirmiş, parkda ağaclara aqrotexniki qulluq mütəmadi olaraq göstərilməkdədir. Sakinlərin
müraciəti və bələdiyyə iclasının qərarı ilə şəhərin 5 kücəsində günəş paneli və
metal dirəklər quraşdırıması bu günlərdə başa çatdırlımışdır.
Gədəbəy bələdiyyəsi bundan sonra da seçicilərinin xidmətində layiqincə
dayanmaq üçün var qüvvəsi ilə çalışacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy