Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-07-2026 , 15:50

179

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bəhruz Abbasov: “Cari ilin birinci yarısınıda bələdiyyə mülkiyyətinin özgəninkiləşdirlməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb”

 

“Son üç il ərzində bələdiyyənin  büdcə gəlirlərini 37 faiz artıra bilmişik. Artımın faiz dərəcəsi bizi qane etməsə də,  kollektiv ruhdan düşmür və BAMS-ın yaratdığı imkanlardan layiqincə istifadə etməyə çalışır”- bu fikirləri Belediyye.infoya Şəmkir rayonu, Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov deyib.

Ötən üç il ərzində əldə etdiyi rəqəmlərə toxunan sədr bildirib ki,  2024-cü ilin birinci yarısı üzrə 21.318 manat əldə edilib ki, onunda  4.440 manatı əmlak vergisindən, 1.204 manatı torpaq vergisindən, 15.674 manatı isə bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.Təəssüf ki, il yarım ərzində bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi prosesi baş tutmayıb.

2025-ci ilin birinci yarısı üzrə 20.835  manat əldə edilib ki, onun da  4.178 manatı əmlak vergisindən, 1.217 manatı torpaq vergisindən, 12.300 manatı bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub. İl yarım ərzində bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən isə bələdiyyə büdcəsinə 3.140 manat daxil olub.

2026-cı ilin birinci yarısı üzrə 29.252 manat əldə edilib ki, onunda  6.702 manatı əmlak vergisindən, 2.010 manatı torpaq vergisindən, 20.540 manatı isə bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub. Təəssüf ki, bu ilin birinci yarısınıda bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb..

Sədr açıqlamasında bildirib ki, bələdiyyənin qarşıya qoyduğu əsas hədəf  büdcə gəlirlərini  artırmaqla kənd ərazisində gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün tədbirlərin keçirilməsi və idman qurğuları meydançaslnın təşkil edilməsidir.

İnanırıq ki, kollektivin birgə səyi ilə qarşımıza qoyduğumuz hədəfə çatacağıq.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
854