Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-06-2026 , 13:13

301

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ruslan Əhmədov: "Bələdiyyə olaraq şəhərdə görülən işlərə öz töhfəmizi verməyə çalışırıq"

“Bərdə şəhərində infrastrukturun yenilənməsi və abadlaşdırılması istiqamətində işlər davam etdirilir. Bələdiyyə olaraq bizdə şəhərdə görülən işlərə öz töhfəmizi verməyə çalışırıq”- bu barədə fikirləri Belediyye.infoya Bərdə bələdiyyəsinin sədri Ruslan Əhmədov deyib.

Sədr qeyd edib ki, Bərdə bələdiyyəsi tərəfindən şəhid Şamxal Həmidov küçəsi, eləcə də Rəsul Rza, Natəvan və Füzuli küçələrinə çınqıl örtüyü verilib, yollar hamarlanaraq sakinlərin istifadəsi üçün daha rahat vəziyyətə gətirilib.

Aparılan işlər nəqliyyatın hərəkətinin yaxşılaşdırılması və ümumi şəhər mühitinin abadlaşdırılması məqsədi daşıyır.

Sözügedən tədbirlər çərçivəsində yolların çınqıl materialı ilə möhkəmləndirilməsi nəticəsində sakinlərin gediş-gəlişində rahatlıq təmin edilib.

Bərdə bələdiyyəsinin həyata keçirdiyi bu cür layihələr şəhərin müxtəlif ərazilərində mərhələli şəkildə davam etdirilir.

Əsas məqsdimiz şəhərdə vətəndaş məmnunluğunun təmin edilməsidir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər