Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2026 , 00:35

120

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Hökməli bələdiyyəsində baş verənlər və ya....

AZTV-nin Xəbərlər proqramı çox maraqlı bir mövzu ilə, sənədsiz torpaq alqı-satqısı ilə bağlı, süjet hazırlayıb. Yaradıcı qrup üz tutur torpaq satışı həyata keçirilən ərazilərdən birinə, yəni Abşeron rayonu Hökməli bələdiyyəsinə. Özünü bələdiyyənin sədri kimi təqdim edən şəxs "bütün kartları" açaraq, hətta tanımadığı şəxsə ürək edib satışa çıxarılan torpaqları da göstərir. Bütün hallarda danışan şəxs bələdiyyənin adından, özü də ürəkli şəkildə məsələnin həlli yolları barədə də danışmağı unutmur. Nə isə...
Sözüm ondadır ki, faktiki olaraq bələdiyyə sədri olan şəxs, yəni ikinci seçkidir ki, sədr seçilən Ramil Orucov AZTV-də verilən süjetdən sonra bələdiyyənin inzibati binasının qarşısında açıqlama verərək məsələyə aydınlıq gətirməyə sanki açıqlaması ilə məsələni "malalamağa" çalışır. Və məlum olur ki, sən demə süjetdə danışan şəxs sədr yox, bələdiyyə qulluqçusu imiş. Və ən maraqlısı isə sədrin konkret olaraq AZTV-də verilən süjetə görə yox, ümumiyyətlə bəzi media orqanlarında gedən süjetə istinad etməsi də təəcüb döğurur. Bu süjet konkret olaraq AZTV də verilib. Digər media qurumları da məlumatı məhz ordan götürüblər. Demək açıqlama verəndə konkret ad çəkilməli idi. Yenə nə isə...
Sözüm ondadır ki, əgər sədr vaxtında fəaliyyətini təbliğ etmiş olsaydı, əvvəl ki, sədrin bələdiyyəyə qoyduğu borclar barəsində vaxtında açıqlamalar vermiş olsaydı, illər boyu DSMF borcuna görə bələdiyyənin bank hesabının nə vaxt açılacağına aydınlıq gətirmiş olsaydı, üstəlik bu gün danışan şəxsin sədr yox, sadəcə bələdiyyə qulluqçusu olması ilk baxışda hiss olunardı.
Lakin həmin şəxsində belə olan halda dərhal işdən azad olunması da inandırıcı görünmür. Bütün hallarda istər sədr olsun, istərsə də bələdiyyə qulluqçusu danışığına fikir verməli, kimə hansı fikir söyləməli olduğunu yüz ölçüb, bir biçməlidir. Hər halda bir bələdiyyə qulluqçusunun bu cür xoşagəlməz davranışı, nəzərə alınmalıdır ki, 685 bələdiyyənin hər birinə öz mənfi təsirini göstərdi. Konkret.
Odur ki, hər bir halda bələdiyyə qulluğuna götürülən işçilərin bələdiyyənin mənafeyini necə qorumalı olduqları barədə də düşünməyə dəyər. Çünki birinin səhf addımı bu sistemdə çalışan hər bir şəxsə öz mənfi təsirini göstərməkdədir.

Sədrin isə bu şəkildə açıqlama paylaşması isə "daldan atılan daşa" bənzəyir. Konkret.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz