Həqiqətin gözünə dik baxmağı bacaran insan
DOĞUM GÜNÜN MÜBARƏK!!!
Bu gün tələbəlik illərindən tanıdığım bir insan üçün
özəl gündür. Keçmiş sovet dövründə qeyri-iş
günü olsa da, hazırda ad gününü ölkəmizin ən böyük rayonlarından birində siyasi
rəhbər olaraq iş başında qeyd edir. Deyim ki, haqqında fikirlərimi ilk dəfədir
ki qələmə alıram.
Hələ tələbə vaxtı bütün “potok” dərslərində intizami,
savadı və bacarığı ilə daim seçilərdi.
Onu fərqləndirən digər bir cəhət isə həqiqətin gözünə dik baxmağı bacarması
idi. Çox az insanlardandır ki, həyatda büdrəsə də, sınmamış, əksinə dimdik
dayanaraq ədalətin zəfər çalacağı günü səbr və təmkinlə gözləmişdir. Ədalətin zəfər
günü isə çox keçmədən baş vermiş, nəticədə daha yüksək vəzifəyə təyinat almış və
hətta təhlükəsizlik xidməti
general-mayoru Ali hərbi rütbəsinə layiq görülmüşdur. Söhbət Araz Süleyman oğlu
Əhmədovdan gedir.
1991-ci ildən etibarən Azərbaycan təhlükəsizlik orqanlarında çalışaraq, sıravı əməkdaşdan Dövlət Təhlükəsizliyi
Xidməti Baş idarəsinin rəisi vəzifəsinədək yüksəlmişdir. Ancaq bu xidmət heç də
ona asan başa gəlməmiş, daim Vətəninə, Dövlətinə sədaqətlə xidmət etməyi özünün
həyat kerdosu kimi qəbul etmiş və bu fəaliyyətin
nəticəsində ölkəmizin ən ali təltiflərindən
olan “Azərbaycan bayrağı” ordeni ilə uzaq 2002-ci ilin 27 mart tarixində Ulu öndərin
imzası ilə təltif edilmişdir.
Sonrakı fəaliyyəti dövründə “Hərbi xidmətlərə
görə” medalı təltiflər sirasına əlavə edilmişdir.
Ən nəhayət Azərbaycan Prezidentinin sərəncamı ilə 2019-cu ildə ona general-mayor Ali hərbi rütbəsi
verilmiş, 2020-ci ildə ""Vətən uğrunda" medalı ilə, daha sonra isə
25 iyul 2022-ci ildən etibarən Masallı rayonu İcra Hakimiyyətinin
başçısı təyin edilmişdir.
Bu 63 illik həyatın qısa xronologiyasıdır. Və bu
xronologiyaya aid hər bir şərəfli gün heç də hər kəsə qismət olmur. Bu şərəfli
günləri yaşamaq üçün həyatda hər bir çətinliyə sinə gərməli, ayıq-sayıq olmalı,
savad, bacarıq və sədaqətlə Vətəninə və dövlətinə xidmət etməlisən.
Bəli, Araz Əhmədov bu gün bu xidmətini uğurla davam
etdirir. Dörd ilə yaxın bir müddətdə əhalisi və ərazisinə görə ən böyük,
coğrafi relyefinə görə çətin rayonlardan birinə rəhbərlik etməklə vətəndaş məmnunluğunu
təmin etməyi, hər gün rayon sakinlərinin arasında olmağı, onların problemlərini
dinləməyi, uğurlu layihələrə imza atmağı, üstəlik rayon bələdiyyələrinin çəki və
nüfuzunun artması üçün bütün qüvvəsini səfərbər etməyi bacarıb. Bu məqamlar əslində
hər bir siyasi rəhbərə arzu olunan cəhətlərdir. Onu da etiraf edək ki, az müddət
ərzində rayon bələdiyyələrinin təcrübəsi yayıla biləcək bir səviyyəyə
çatmasında rayonun siyasi rəhbərinin danılmaz rolu vardır.
Beləliklə, dəyərli tələbə yoldaşıma belə əziz bir
gündə sağlıqlı illərlə bundan sonra da Vətəninə, dövlətinə sədaqətlə xidmətini
davam etməyi arzu edirəm. İnanıram ki, məhz Araz Əhmədovun fəaliyyəti dövründə
rayon bələdiyyələri daha böyük uğurlara imza atmaqla rayonda vətəndaş məmnunlıuğunun
təmin edilməsinə öz töhfələrini verə biləcəklər.
Bir daha təbrik
edirəm, əziz dost!!!
Vüqar Tofiqli
Rəylər
0 Rəy