Beynəlxalq Festivalda Şirvan şəhəri də təmsil olunub
Azərbaycan ilə qardaş Türkiyə arasında mövcud olan sarsılmaz dostluq və tərəfdaşlıq münasibətləri bölgələrarası əməkdaşlıqda da öz əksini tapır. Bu möhkəm əlaqələrin davamı olaraq, Manisa şəhəri ilə qurulan tərəfdaşlıq çərçivəsində keçirilən 486-cı Beynəlxalq “Manisa Mesir Macunu” Festivalında Şirvan şəhəri layiqincə təmsil olunub.
Tədbirdə Şirvan şəhər nümayəndə heyətinin tərkibində Şirvan
Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və Şirvan Bələdiyyəsinin
sədri İlham Səfərov da iştirak ediblər. Qeyd etmək lazımdır ki, Şirvan Bələdiyyəsi
ilə Şirvan şəhər İcra Hakimiyyəti arasında mövcud olan sıx əməkdaşlıq bu cür
beynəlxalq tədbirlərdə şəhərin daha geniş və koordinasiyalı şəkildə təmsil
olunmasına imkan yaradır.
Nümayəndə heyəti festival çərçivəsində keçirilən tədbirlərdə
fəal iştirak edərək, şəhərimizi beynəlxalq səviyyədə uğurla təmsil edib.
Bu cür beynəlxalq tədbirlər şəhərlərarası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, mədəni və sosial sahələrdə təcrübə mübadiləsinin genişlənməsinə, həmçinin yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir.
Rəylər
0 Rəy