Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-03-2026 , 11:54

4146

Son xəbərlər

Bütün xəbərlər

Bu yol bələdiyyələri uğura apara bilər 

Elmi-Praktik Məsələlər
23-03-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Anar Hüseynli: “Atılan addımlar  bələdiyyələrin cəmiyyətdə nufuzunun artmasına əsaslı şəkildə öz təsiri göstərmiş olacaqdır”

“Bu günlərdə Nazirlər Kabinetinin “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi” təsdiq edilməsi ilə bağlı qərarı bələdiyyələrin həm büdcə gəlirlərinin, həm də öz ərazilərində nüfuzunun artmasına müsbət təsir edəcəyinə inanıram”- bu fikirləri Xəzər rayonu, Zirə bələdiyyəsinin sədri Anar Hüseynli deyib.

Anar Hüseynli bildirib ki, qərara əsasən “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə edilir”

Bununla yanaşı qəbul edilmiş qərara əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”ndə nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) qeyd olunan məlumatlarının toplandığı informasiya sistemlərinin (ehtiyatlarının) bələdiyyələrin vahid informasiya sisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasını təmin etməlidir.

Artıq  bələdiyyələr on dörd dövlət orqanından onlayn şəkildə məlumatları almaq imkanına malik olacaqdır. Belə ki, bundan sonra  bələdiyyələr vergi ödəyiciləri ilə bağlı  Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Əmək və əhalinin sosial müdaifəsi, Kənd təsərrüfatı, Fövqəladə hallar,  Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə nazirlikliklərindən, habelə Dövlət Statistika Komitəsindən, Dövlət Su Ehtiyatları Agentliyindən, Dövlət Miqrasiya  və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətlərindən, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən vergi ödəyiciləri ilə bağlı məlumatların onlayn  qaydada əldə edilməsi asanlaşacaqdır. Vergi ödəyiciləri haqqında məlumatların sürətli çəkildə əldə edilməsi nəticədə bələdiyyələrin  büdcə gəlirlərinin səviyyəsinin artmasına imkan  verəcəkdir.

Anar Hüseynli bildirib ki, bu gün Adminstrasiyanın bələdiyyələrlə iş sektoru, habelə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası və “Bələdiyyələrə onlayn xidmət” mərkəzi bələdiyyələrin üzləşdiyi problemlərin həllində cox ciddi addımlar atmaqdadırlar. Bundan əvvəl BAMS proqramının Əmlak Məsələləri Dövlət Ximdətinin məlumat sisteminə inteqrasiya edilməsi, BAMS-proqramının təkmilləşdirilməsi bələdiyyənin büdcə gəlirlərinin artamasına ciddi şəkildə öz müsbət təsiri göstəmişdir. Bu qərar isə bələdiyyənin inkişafına təkan verə biləcək növbəti addım hesab edilə bilər. Ancaq biz bələdiyyələrdə üzləşdiyimiz problemləri ictimailəşdirfməyə çalışmalı, müvafiq qurumlara müraciət etməkdən çəkinməməliyik.  Düşünmək olar ki, bundan sonra ərazilərimizdə olan sənədsiz əmlaklara hüquqi statusun verilməsi, habelə 26 il mövcud olmuş  tariflərə yenidən baxılması, mülkiyyətə əmlak və torpağın verilməsi prosesinin başa çatdırlması nəticə etibari ilə bələdiyyələrin cəmiyyətdə statusunun artmasına əsaslı şəkildə öz təsiri göstərmiş olacaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər