Fidan Fərzəliyeva: “Həyata keçirdiyimiz layihələr sakinlərin sosial-rifah halının yaxşılaşdırılmasına yönəlib”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixində “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Sərəncamına əsasən və bununla bağlı Tədbirlər Planının 3-cü bəndinə əsasən şəhər (kənd) mühitinin daha sağlam və dayanıqlı formalaşdırılması üçün Şabran bələdiyyəsi tərəfindən rayonun Dəvəçi və Sincanboyad kəndləri ərazisində abadlaşdırma və təmizlik işləri həyata keçirilmişdir”- bu fikirləri Belediyye.infoya Şabran bələdiyyəsinin sədri Fidan Fərəzliyeva deyib.
Sədr qeyd edib ki, bələdiyyənin
fəaliyyət planına uyğun olaraq, Dəvəçi və Sincaboyad kəndlərinin yol kənarı ərazilərində
abadlıq işləri aparılmışdır. Görülən işlər çərçivəsində yolboyu sahələr məişət
tullantılarından, müxtəlif çirkləndirici qalıqlardan təmizlənmiş, ərazidə ümumi
sanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər
görülmüşdür.
Aparılan abadlıq işləri kəndlərin estetik görünüşünün
yaxşılaşdırılmasına, ekoloji tarazlığın qorunmasına və əhalinin daha sağlam
mühitdə yaşamasına xidmət edir. Eyni zamanda, yol kənarlarının təmiz
saxlanılması hərəkət təhlükəsizliyinin artırılmasına və ərazinin ümumi abad
simasının formalaşdırılmasına müsbət təsir göstərir.
Sədr xüsusilə vurğulayib ki, Şabran bələdiyyəsi tərəfindən gələcəkdə
də yaşayış məntəqələrində abadlıq və təmizlik işlərinin davamlı şəkildə həyata
keçirilməsi nəzərdə tutulur. Əhalidən ətraf mühitin qorunması, ictimai yerlərin
təmiz saxlanılması və görülən işlərə həssas yanaşılması xahiş olunur.
Bununla yanaşı sədr qeyd edib ki, Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə
2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar
təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bu gün Şabran rayonunun
Sincanboyad kənd və Qələgəh kənd ümumi orta məktəblərində ağacəkmə aksiyası
keçirilmişdir.
Keçirilən aksiyada məktəblərin şagirdləri fəal iştirak
etmiş, ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına öz töhfələrini
vermişlər.
Şabran şəhər bələdiyyəsi tərəfindən təşkil olunan bu təşəbbüsün
əsas məqsədi ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və gənc
nəsildə təbiətə sevgi və qayğı hissinin formalaşdırılmasıdır.
Qeyd edək ki, Şabran şəhər bələdiyyəsi tərəfindən bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Belediyye.info
Rəylər
0 Rəy