Zülfüqar Yusifov: "Həssas qrupa aid 30 ailəyə bayram sovqatı təqdim edilib”
"Gədəbəy bələdiyyəsi həssas qrupa aid olan insanların hər birinə, xüsusən də şəhid, qazi və aztəminatlı ailələlərin hər bir müraciətini diqqətdə saxlayır, qaldırılan məsələlərin hər birinin həlli üçün addımlar atır"- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Zülfüqar Yusifov bildirib.
Sədr bildirib ki, Novruz və Ramazan bayramı ilə əlaqədər Gədəbəy
bələdiyyəsi tərəfindən veteran
və imkansız 30 ailəyə bələdiyyə iclasının qərarı ilə bayram sovqatı təqdim edilib.
Sədr
qeyd edib ki, bu gün bələdiyyənin əsas məqsədi seçicilərə xidmət etməkdir. Bu
istiqamətdə bundan sonra da ciddi layihələri həyata keçirmək niyyətindəyik.
Belediyye.info
Rəylər
0 Rəy