Bələdiyyə sədri: “Bu gün xanımlarımız Azərbaycanın inkişafı naminə öz dəyərli töhfələrini verməkdədirlər”
“Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır. Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşırdı”- bu fikirləri Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.
Bələdiyyə
sədri qeyd edib ki, bu gün Azərbaycan qadını ən xoş sözlərə layiqdir. Müasir
dövrdə xanımlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini
verməkdədir.
Pirəbədil
bələdiyyəsinin üzv və qulluqçuları 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində bələdiyyə ərazisində təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışan xanımları, xüsusən
də şəhid və qazi analarını, habelə ictimai fəal xanımların hər birini mənzillərində və çalışdıqları məkanda ziyarət
edərək təbrik edib, onlara cansağlığı
arzulayıb və hədiyyələr paylayıblar.
Belediyye.info
Rəylər
0 Rəy