Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-02-2026 , 09:10

128

Son xəbərlər

Bütün xəbərlər
Bu gün onun günüdür
Bakı
23-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qazidən bələdiyyə sədrinə minnətdarlıq məktubu


Şabran Şəhər Bələdiyyəsinin sədri

hörmətli Fidan xanım Fərzəliyevaya

Uzun müddətdir qarşılaşdığım bir haqsızlıqla bağlı dörd aydan artıq mübarizə aparırdım. Bu çətin prosesdə məhz Sizin — Fidan xanım Fərzəliyevanın — ədalətli, prinsipial və qanunauyğun mövqeyi sayəsində problemim öz həllini tapdı. Fidan xanım, göstərdiyiniz diqqət və həssas yanaşma mənim üçün böyük mənəvi dayaq oldu.

Mən Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısıyam. 5 medal, 15-dən artıq fəxri fərman və 10-dan çox təşəkkür məktubu ilə təltif olunmuş bir döyüşçü kimi haqqın və ədalətin nə qədər önəmli olduğunu yaxşı bilirəm. Bu baxımdan Fidan xanım Fərzəliyevanın və rəhbərlik etdiyi kollektivin obyektiv mövqeyi mənim üçün xüsusi əhəmiyyət daşıyır. Fidan xanımın vətəndaşa olan münasibəti, qanuna və ədalətə sadiqliyi təqdirəlayiqdir.

Eyni zamanda qeyd etmək istəyirəm ki, mən uşaq yaşlarımdan ata və anamı itirmişəm və bu həyatda tək yaşayıram. Belə bir taledə insan üçün ən böyük dayaq vicdanlı və mərhəmətli insanlardır. Fidan xanım, Sizin kimi xeyirxah və qayğıkeş rəhbərin varlığı mənim üçün böyük təsəllidir. Göydə Allah, yerdə isə Fidan xanım Fərzəliyeva kimi ədalətli insanların olması insana ümid və güvən verir.

Fidan xanım Fərzəliyevanın rəhbərlik etdiyi kollektiv də vətəndaşlara qarşı diqqətli və nəzakətlidir. Xüsusilə Şirin bəy, Bənövşə xanım və digər əməkdaşların həssas münasibəti bir daha Fidan xanımın formalaşdırdığı sağlam və ədalətli iş mühitinin göstəricisidir.

Hörmətli Fidan xanım Fərzəliyeva, Sizə və kollektivinizə göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımı bildirir, fəaliyyətinizdə daim uğurlar arzulayıram. Rayonumuzda Fidan xanım Fərzəliyeva kimi haqqı qoruyan və vətəndaşına sahib çıxan rəhbərin olması böyük qürur və xoşbəxtlikdir.

Hőrmətlə: Murad Bayramov

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər