Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-02-2026 , 10:43

202

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Günel Ağayeva: “Hər bir müraciət bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı addım atılır”

“Bu gün bələdiyyənin əsas vəzifəsi  inzibati ərazi daxilində vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaq olmalıdır. Müraicət edən hər bir sakini dinləmək və onların qaldırdığı məsələlərin həllinə nail olmaq üçün bələdiyyənin həm də strateji proqramı olmalıdır”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.

Sədr qeyd edib ki, bələdiyyədə keçirilən vətəndaş qəbullarında və ayrı-ayrı vətəndaşların fərdi müraciətləri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı addım atılır.

Yanvar və fevral aylarında qəbulda olan 13  şəhid, qazi və kənd sakini dinlənilmiş və qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq addım atılmışdır.

İki aya yaxın bir dövrdə 1.900 manat həcmində 12 nəfərə, o cümlədən 3 Tüntül kənd sakini, 4 nəfər Yengicə kənd sakini və 6 nəfər Nöhurqışlaq kənd sakininə 100-200 manat civarında maddi yardım,  o cümlədən  ailə üzvünün vəfati ilə bağlı 200 manat həcmində bir nəfərə maddi yardım göstərilmişdir. 

Sədr qeyd edib ki, bu gün Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsidir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər