Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-02-2026 , 00:02

60

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İlham Səfərov: “Büdcə gəlirlərindəki artım vətəndaşların vergi öhdəliklərinə daha məsuliyyətlə yanaşmasının nəticəsidir”

“Cari ilin yanvar ayında əldə edilən maliyyə vəsaitinin 53 faizi yerli vergilərdən daxil olub”- bu fikirləri Belediyye.infoya Şirvan bələdiyyəsinin sədri İlham Səfərov deyib. Belə ki, cari ilin yanvar ayında  əldə olunan 29.357 manatlıq büdcə gəlirinin 19.172 manatı yerli vergilərdən daxil olub.

2023-cü illə müqayisədə cari ilin yanvarında əmlak vergisinin  həcmi 98 faiz, torpaq vergisinin həcmi isə 85 faiz artıb. Belə ki,  2023-cü ildə 7.781 manatlıq əmlak vergisi, 2.007 manatlıq torpaq vergisi əldə edildiyi halda, cari ilin yanvarında müvafiq olaraq  15.549 manatlıq əmlak və 3.713 manatlıq torpaq vergisi əldə edilib.

Beləliklə,  təhlillər göstərir ki, 2024-cü ildə-2023-cü illə müqayisədə 2.2 faiz azalma müşahidə olunsa da 2025-ci ildə əvvəlki ilə nisbətən  117.9 faizlik artım qeydə alınıb. Bu artım əsasən torpaq satışı və əmlak vergisi hesabına formalaşıb. 2026-cı ilin yanvarında 2025-ci illə müqayisədə 7.9 faizlik artım müşahidə olunub.

İlham Səfərov qeyd edib ki, Şirvan bələdiyyəsi tərəfindən yerli büdcə gəlirlərinin formalaşdırılması “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir. Qeyd edilir, vətəndaşların torpaq və əmlak vergisi üzrə öhdəliklərini vaxtında və tam ödəmələri, eləcə də bələdiyyə əmlakından səmərəli istifadə 2025-ci ildə faktiki büdcə gəlirlərinin artmasına mühüm təsir göstərmişdir.

2024-cü il üzrə büdcə gəlirlərinə diqqət yetirək: torpaq vergisi  29.229 manat, əmlak vergisi 80.016 manat, torpağın icarəyə verilməsindən gələn gəlir 15. 825 manat, torpaq satışı özgəninkiləşdirmədən gələn gəlir 158.793 manat, avtomobil dayanacaqları üzrə ödənişlərdən gələn gəlirin həcmi isə 4.700 manat təşkil edib.  Göründüyü kimi, ümumilikdə 2024-cü il üzrə yerli büdcənin gəlirləri 288.563 manat təşkil edib.  2025-ci il üzrə faktiki yığılan büdcə gəlirlərinə diqqət yetirək: torpaq vergisi  48.549 manat, əmlak vergisi 146.068 manat, torpaq icarəsindən  30.982 manat, torpaq satışı (özgəninkiləşdirmə) – 185.216 manat, avtomobil dayanacaqları üzrə 5.700 manat təşkil edib. Ümumilikdə 2025-ci il üzrə yerli büdcənin gəlirləri  416.515 manat təşkil edib.

Aparılan müqayisə göstərir ki, bəzi gəlir mənbələri üzrə faktiki yığımlar proqnozdan az olsa da, əmlak vergisi və torpaq satışı (özgəninkiləşdirmə) üzrə kifayət qədər artım müşahidə edilib: əmlak vergisi üzrə faktiki yığım proqnozu 75.806 manatı üstələmiş, bu da təxminən 2 dəfədən çox artım deməkdir. Torpaq satışı (özgəninkiləşdirmə) üzrə faktiki daxilolmalar proqnozdan 115.216 manatdan çox, yəni təxminən 2,6 dəfə artıq olmuşdur. Bu artım bələdiyyə ərazisində əmlak və torpaq uçotunun dəqiqləşdirilməsi, vergi intizamının gücləndirilməsi və vətəndaşların vergi öhdəliklərinə daha məsuliyyətlə yanaşmasının nəticəsidir.

2025-ci il üzrə büdcə gəlirlərinin icrası nəticəsində proqnozdan artıq əldə olunan əlavə maliyyə vəsaitləri Şirvan bələdiyyəsi tərəfindən qanunvericiliyə, o cümlədən “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanuna uyğun olaraq şəhər ərazisində abadlıq və quruculuq işlərinin aparılmasına, kommunal xidmətlərin yaxşılaşdırılmasına və sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.

Əldə edilən əlavə gəlirlər hesabına, ilk növbədə: şəhid ailələrinə, müharibə iştirakçılarına, habelə digər sosial həssas əhali qruplarına maddi dəstəyin göstərilməsi, onların sosial rifahının yaxşılaşdırılması, eləcə də gündəlik ehtiyaclarının qarşılanması ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla yanaşı, bələdiyyənin fəaliyyətində əsas diqqət mərkəzində saxlanılır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər