Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-02-2026 , 20:28

72

Son xəbərlər

Bütün xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: “Bu gün  sakin bələdiyyəni bir qurum olaraq tanıyır və onun xidmətindən yararlanır”


“Şabran bələdiyyəsinin cari ildə əsas məqsədi seçicilərinə verdiyi sözü tutmaqdır. Bunun üçün bələdiyyənin vergi xidməti var gücü ilə çalışır və BAMS-proqramının verdiyi bütün imkanlardan istifadə etməyə çalışır. Bu günkü uğurlarımız kollektivin birgə zəhməti hesabına əldə olunub”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyeva fəaliyyətinin bir ilinin yekunları ilə  bağlı Belediyye.infoya verdiyi açıqlamada deyib. 

Sədr qeyd edib ki, artıq yeni seçilənlərin fəaliyyətinin bir ili tamam olur. Bu gün Şabran şəhər sakinləri  bələdiyyənin bir qurum olaraq tanıyır, onun xidmətindən yararlanır və etimad göstərdiyindən daim  müraciət edir. Hər həftə bələdiyyənin inzibati binasına onlarca sakin daha çox vergi, əmlakının sənədləşdirilməsi və digər məsələrlə bağlı müraciət edir.

Sədr bildirib ki, müraciətin mövzusu bələdiyyədən asılıdırsa o dərhal öz həllini tapır. Bir il ərzində apardığımız müşahidələr göstərir ki, sanki bu günədək şəhərdə  bələdiyyənin fəaliyyəti hiss olunmayıb. Əldə olunan uğurlara toxunan sədr daha sonra qeyd edib:

- Birincisi, ötən dövr ərzində əsas vəzifəmizdən biri bələdiyyənin əvvəlki illərdə yaradılan DSMF və digər borclarının bağlanılması olub. Artıq bu problem öz həllini tapmaqdadır.

- İkincisi, bələdiyyədə vergi-uçot sisteminin qurulması artıq başa çatdırılıb. Ərazidə olan vergi ödəyiciləri haqqında məlumatların  sistemə dürüstləşdirilərək yerləşdirilməsi davam edir.

- Üçüncüsü, bu gün bələdiyyə yerli vergilərin yığımında müəyyən irəliləyişə nail olub. Fəaliyyətimiz dövründən yerli vergilərin həcmini 65 faizədək artırmağımız əsas uğurlamızdan biridir. Əgər 2024-cü il ərzində Şabran bələdiyyəsi 49.248 manat vergi toplaya bilmişdirsə, 2025-ci il ərzində bu rəqəm 81.491 manata bərabər olub. Nəzərə alaq ki, biz fevralın 18- dən fəaliyyətə başlasaqda əsas fəaliyyətimiz aprel ayından başlayıb. Belə ki, birləşdirmə ilə əlaqədar  Çölquşçu, Dəvəçi və Şabran bələdiyyələrinin əhatə etdiyi Şabran şəhərində və Çayqaraqaşlı, Çölquşçu, Dəvəçi, Hacıqaraqaşlı, Xəlilli, Qələgah, Ləcədi, Liman, Mollakamallı, Sarvan, Sincanboyad, Surra kəndlərində Şabran bələdiyyəsinə biləşdirilib. Odur ki, yeni nizamnamənin təsdiqi və tam fəaliyyətə başlamağımız xeyli vaxt apardı. Ancaq kifayət qədər DSMF və digər borcların olması fəaliyyətimizin ilk aylarında ciddi əngəllər yaratsa da ruhdan düşmədik.

Bu fikirləri də sədr Fidan Fərzəliyeva deyib.

Şabran RİH dəstəyi və kollektivimizin birgə səyi ilə cari ildə daha böyük uğurlara imza atmaq niyyətindəyik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər