Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-02-2026 , 09:46

298

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Vahid Mirzəyev: “Artan büdcə gəlirləri yeni layihələrə geniş imkanlar yaradır”

“Məqsədimiz seçicilərimizə layiqincə və şəffaf şəkildə xidmət göstərməkdir. Bu məqsədə çatmaq üçün daim büdcə gəlirlərinin artırılması istiqamətində düşünməli, qanunvericiliyin verdiyi bütün mümkün mexanizmlərdən səmərəli istifadə etməliyik.”

Bu fikirləri Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev bildirib.

Sədr qeyd edib ki, BAMS-ın, bələdiyyənin qüvvə və vasitələrindən düzgün və məqsədyönlü istifadə olunması nəticəsində 2026-cı ilin yanvar ayı üzrə büdcə gəlirlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 202 faiz artım əldə olunub.

Belə ki, 2025-ci ilin yanvar ayında büdcəyə 10 078,97 manat vəsait daxil olmuşdursa, 2026-cı ilin yanvar ayında bu göstərici 30 532 manata yüksəlib. Bu artım bələdiyyənin maliyyə intizamının gücləndirilməsi, vergi yığımında şəffaflığın artırılması və əhali ilə aparılan maarifləndirici işlərin nəticəsidir.

Ən yüksək artım əmlak vergisinin yığımında qeydə alınıb. 2025-ci ilin yanvar ayında 3 421,95 manat təşkil edən əmlak vergisi daxilolmaları 2026-cı ilin müvafiq dövründə 13 536,65 manata çatıb.

Torpaq vergisi üzrə də müsbət dinamika müşahidə olunub. Ötən ilin yanvar ayında 2 263,22 manat yığıldığı halda, cari ilin eyni dövründə bu rəqəm 5 302 manata yüksəlib.

Vahid Mirzəyev vurğulayıb ki, büdcə gəlirlərinin artması birbaşa olaraq ərazidə həyata keçirilən abadlıq, infrastruktur və sosialyönümlü layihələrin genişlənməsinə şərait yaradır. Artan maliyyə imkanları hesabına yolların, səkilərin təmiri, yaşıllaşdırma işləri, şəhərin işıqlandırılması və digər ictimai əhəmiyyətli layihələrin icrası daha sürətli və keyfiyyətli şəkildə həyata keçirilir.

Sədr əlavə edib ki, qarşıya qoyulan əsas hədəf dayanıqlı maliyyə artımını təmin etmək, vətəndaş məmnunluğunu yüksəltmək və bələdiyyənin fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərini daha da gücləndirməkdir.

Qeyd olunub ki, kollektivin birgə səyi və vətəndaşların fəal iştirakı ilə cari ildə də büdcə daxilolmalarının artırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdiriləcək və seçicilərə daha keyfiyyətli xidmət göstərilməsi təmin olunacaq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər