Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-02-2026 , 15:34

104

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Əsas prioritetlərimiz:   BİRİLLİK FƏALİYYƏTƏ QISA BİR NƏZƏR

  BİRİLLİK FƏALİYYƏTƏ QISA BİR NƏZƏR

19 fevral 2025-ci il tarixində Şabran Şəhər Bələdiyyəsinin sədri vəzifəsinə seçilməyimdən bu günə qədər keçən bir il ərzində əsas məqsədimiz vətəndaşlara daha yaxın, şəffaf, məsuliyyətli və nəticəyönümlü yerli özünüidarəetmə sisteminin formalaşdırılması olmuşdur.

Fəaliyyətimiz Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist və sosial yönümlü siyasətinə uyğun şəkildə qurulmuşdur. Dövlətimizin güclü sosial siyasətini yerli səviyyədə uğurla icra etmək əsas prioritetimiz olmuşdur.

I. İNFRASTRUKTUR VƏ ABADLIQ İŞLƏRİ

Ötən 1 il ərzində şəhər və qəsəbə ərazilərində infrastrukturun yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Məhdud maliyyə imkanlarına baxmayaraq, mövcud resurslardan səmərəli istifadə edilərək aşağıdakı işlər görülmüşdür:

            •Küçələrin və məhəllədaxili yolların təmiri, çala və yararsız sahələrin aradan qaldırılması

            •Səkilərin bərpası, piyada hərəkətinin təhlükəsizliyinin təmin edilməsi

            •Küçə və məhəllə işıqlandırmasının yaxşılaşdırılması

            •Park və istirahət zonalarının abadlaşdırılması

            •Yaşıllaşdırma tədbirləri və ağacəkmə aksiyalarının təşkili

Bütün bu işlər vətəndaş müraciətləri və real ehtiyaclar əsasında müəyyən edilmiş prioritetlərə uyğun şəkildə həyata keçirilmişdir.

II. SOSİAL DƏSTƏK VƏ HUMANİTAR FƏALİYYƏT

Bələdiyyənin fəaliyyətində sosial ədalətin təmin olunması və həssas əhali qruplarına dəstək xüsusi yer tutmuşdur. Bu istiqamətdə:

            •Aztəminatlı ailələrə ərzaq yardımları göstərilmiş

            •Şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ahıl və tənha şəxslərlə görüşlər keçirilmiş

            •Bayram və əlamətdar günlərdə sosial yardımlar təşkil edilmiş

            •Xüsusi qayğıya ehtiyacı olan ailələr üçün fərdi dəstək tədbirləri həyata keçirilmişdir

III. MAARİFLƏNDİRMƏ VƏ GƏNCLƏRLƏ İŞ

Gənclərin maariflənməsi, onların cəmiyyətin fəal üzvünə çevrilməsi və vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində:

            •Maarifləndirici görüşlər, seminarlar və tədbirlər keçirilmiş

            •Gənclər Günü, Milli Bayramlar və tarixi günlər münasibətilə tədbirlər təşkil olunmuş

            •Təhsil, sağlam həyat tərzi, sosial məsuliyyət və vətənpərvərlik mövzularında layihələr reallaşdırılmışdır

IV. DÖVLƏT QURUMLARI VƏ İCTİMAİYYƏTLƏ ƏMƏKDAŞLIQ

Şabran Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şabran Rayon Təşkilatı, regional idarələr, təhsil və gənclər qurumları ilə sıx əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində birgə tədbirlər və layihələr icra edilmişdir.

V. MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ VƏTƏN MÜHARİBƏSİ

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər xalqımızın milli ruhunu və birlik əzmini daha da möhkəmləndirmişdir. Bu baxımdan şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərilmiş, milli birlik və vətənpərvərlik dəyərləri təbliğ edilmişdir.

VI. ŞƏFFAFLIQ, VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ VƏ İDARƏETMƏ

Şəffaf idarəetmə və vətəndaş məmnunluğunun artırılması bələdiyyənin əsas fəaliyyət prinsiplərindən biri olmuşdur. Vətəndaş qəbulları mütəmadi keçirilmiş, müraciətlər operativ araşdırılmışdır.

VII. GƏLƏCƏK FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

            •          İnfrastruktur və abadlıq layihələrinin genişləndirilməsi

            •          Sosial proqramların davamlı icrası

            •          Gənclər və qadınlar üçün yeni layihələrin həyata keçirilməsi

            •          Bələdiyyə gəlirlərinin artırılması

            •          Vətəndaş məmnunluğunun yüksəldilməsi

NƏTİCƏ

Bu bir il ərzində bələdiyyə kollektivi ilə birlikdə üzərimizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmiş, qarşıya qoyulan məqsədlərə doğru inamla irəliləmişik. Mənə göstərilən etimada görə bütün Şabran sakinlərinə təşəkkür edir, bundan sonra da vicdanla xidmət edəcəyimizi bildirirəm.

Fidan Fərzəliyeva

Şabran Şəhər Bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər