Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-01-2026 , 21:38

137

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ceyhun Zahidov: “Yenilənmiş və təkmilləşdirilmiş BAMS-ın verdiyi imkanlardan tam şəkildə istifadə edərək hədəfimizə çatacağıq”

“Lerik bələdiyyəsi yerli vergilərin həcmini 2024-cü illə müqayisədə yeddi dəfəyədək artırmağa nail ola bilib. Belə ki, 2024-cü ildə 1.022 manat əmlak və torpaq vergisi əldə edilmişdirsə, ötən il bu rəqəm 7.086 manat olub” - bu fikirləri  Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ceyhun Zahidov deyib.

2023-cü ildə  yerli vergilərin həcmi 394 manat, ondan  116 manat torpaq vergisi, 278 manat əmlak vergisi əldə olunmuşdusa, bu rəqəm 2024-cü ildə 1022 manat, o cümlədən  294  manat torpaq vergisi, 727 manat əmlak vergisi yığılıb. Yerli vergilərin həcmi 2025-cü ildə 7.086  manat, o cümlədən  940  manat torpaq vergisi, 6.147 manat əmlak vergisi yığılıb.

Bələdiyyə büdcəsində 2023 - cü ildə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən 6.216 manat,  2024-cü ildə 15.810 manat , 2025-ci ildə isə 14.360 manat vəsait daxil olub.

2025-ci ildə Lerik bələdiyyəsinin ümumi büdcə gəliri 29.650 manat təşkil edib ki, bu da 2023-cü ilə müqayisədə 150 faiz,  2024-cü illə müqayisədə 30 faiz artım deməkdir.

Sədr açıqlamasında daha sonra qeyd edib ki, cari ildə bələdiyyənin hədəfi 70.000 manat təşkil edir.

İnanırıq ki, yenilənmiş və təkmilləşdirilmiş BAMS-ın verdiyi imkanlardan tam şəkildə istifadə edərək hədəfimizə çatacağıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər