Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-01-2026 , 20:17

278

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Nicat Səmədzadə: “Layihə Siyəzən RİH-in təşkilatçılığı və bələdiyyənin dəstəyi ilə həyata keçirilir”

“Hazırda görkəmli dramaturq Cəfər Cabbarlının heykəlinin rayonun mərkəzi kitabxanasının önünə  köçürülməsi qərara alınıb”- bu fikirləri Belediyye.infoya Siyəzən bələdiyyəsinin sədri Nicat Səmədzadə deyib.

Sədr deyib ki, layihə Siyəzən RİH-in təşkilatçılığı və Siyəzən bələdiyyəsinin dəstəyi ilə həyata keçirilir. Bu günlərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı  Novruz Novruzov tikinti meydançasında olaraq inşaat işlərini gedişi ilə maraqlanıb.

Sədr qeyd edib ki, Siyəzən rayonundan olan ziyalıların və vətəndaşların çoxsaylı müraciətlərinə əsasən və müvafiq dövlət qurumlarının razılıqları alınmaqla, Siyəzən şəhər 1 saylı tam orta məktəbin həyətində yerləşən görkəmli dramaturq Cəfər Cabbarlının heykəlinin Heydər Əliyev Seyrəngahındakı Mərkəzi Kitabxananın qarşısında yerləşdirilməsi qərara alınıb. Hazırda heykəlin köçürülməsi ilə bağlı tikinti-quraşdırma işləri aparılır.

Xatırladaq ki, bu addımın atılması şəhər mühitinin estetik baxımdan zənginləşdirilməsinə xidmət edir.

Hazırda postamentdə son tamamlama işləri yekunlaşmaq üzrədir. Layihənin Novruz bayramının ilk çərşənbə günlərində yekunlaşdırılması nəzərdə tutulur.

 Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər