İlham Səfərov: “Məqsədimiz şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğuna əsaslanaraq fəaliyyətimizi davam etdirməkdir”
“Yerli
vergilərin yığım həcmini ötən il 71 faizədək artımağa nail olmuşuq. Belə ki, əgər
2024 cü il ərzində 109.246 manat həcmində yerli vergi olmuşdursa, ötən il bu rəqəm
187.164 manata bərabər olub”- bu fikirləri Belediyye.infoya Şirvan bələdiyyəsinin
sədri İlham Səfərov deyib.
Sədr qeyd
edib ki, 2025-ci il ərzində Şirvan bələdiyyəsi
mövcud qanunvericiliyinə, bələdiyyələrin fəaliyyət prinsiplərinə və yerli əhalinin
sosial ehtiyaclarına uyğun olaraq şəhər ərazisində bir sıra sosial, kommunal və
ictimai əhəmiyyətli tədbirlərin icrasını təmin etmişdir.
Bələdiyyənin
fəaliyyətində əsas prioritetlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid
ailələri, müharibə iştirakçıları və həssas təbəqədən olan vətəndaşlara dəstəyin
artırılması, şəhər infrastrukturunun qorunması və ictimai-mədəni həyatın
inkişaf etdirilməsi olmuşdur.
Sədr daha
sonra qeyd edib ki, 2025-ci il ərzində bələdiyyə tərəfindən şəhid ailələrinə,
müharibə iştirakçılarına və aztəminatlı ailələrə, sağlamlıq problemləri ilə üzləşən
vətəndaşlara və xüsusi qayğıya ehtiyacı olan şəxslərə maddi yardımlar göstərilmişdir.
Bu istiqamətdə:
Şəhid ailələrinə
sosial dəstək məqsədilə - 21 380 manat,
Vətən
müharibəsi iştirakçılarına sosial dəstək məqsədilə - 2 500 manat,
Ümumi səbəblərlə
bağlı dəfn və mərasim xərclərinin qarşılanması üçün - 9 934 manat,
Həssas
kateqoriyadan olan ailələrə maddi yardım kimi - 4 845 manat.
Bu tədbirlər
sosial ədalətin təmin olunmasına, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə və
dövlətin sosial siyasətinə yerli səviyyədə töhfə verilməsinə xidmət etmişdir.
2025-ci il ərzində
şəhər ərazisində yaşayış mühitinin yaxşılaşdırılması, şəhərdə ümumi görünüşün
abadlaşdırılması məqsədilə bir sıra abadlıq və yol infrastrukturu sahəsində tədbirləri
həyata keçirilmişdir. Bu sahədə:
Abadlıq işlərinə
- 24.064 manat,
Şəhər ərazisində
yolların cari təmiri və saxlanılması işlərinə - 9 800 manat vəsait sərf
olunmuşdur.
Milli-mənəvi
dəyərlərin qorunması, ictimai həmrəyliyin möhkəmləndirilməsi və şəhər sakinlərinin
mədəni həyatında fəallığın artırılması məqsədilə milli və kütləvi bayram tədbirlərinin
təşkili həyata keçirilmişdir. Bu istiqamətdə - 30 880 manat vəsait istifadə
olunmuşdur.
Şirvan bələdiyyəsi
tərəfindən 2025-ci il ərzində həyata keçirilmiş tədbirlər yerli özünüidarəetmənin
səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə və şəhərin
sosial-iqtisadi həyatının canlandırılmasına yönəlmişdir.
Bələdiyyə qarşıdakı dövrdə də şəffaflıq, hesabatlılıq və vətəndaş yönümlü idarəetmə prinsiplərinə əsaslanaraq fəaliyyətini davam etdirməyi qarşıya məqsəd qoyur.
Belediyye.info
Rəylər
0 Rəy