Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-12-2023 , 18:47

1063

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gəncə
- +

Tədbir Gəncə şəhər Nizami Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub  

30.11.2023-cü il tarixində Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetində  “ERKƏN NİGAH VƏ ONUN FƏSADLARI”  şüarı altında  tədbir keçirilmişdir.

 Bildiyiniz kimi, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Kampaniya çərçivəsində qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nigaha cəlb olunması, qadınlara qarşı hər cür zorakılıq və qısnamalarla mübarizə məsələləri ilə bağlı cəmiyyətə mühüm mesajlar ötürülür. “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında keçirilən 16 Günlük Fəallıq Kampaniyası həm də bütün ölkəni əhatə etməsi ilə səciyyələnir.   

 Azərbaycan Respublikası da hüquqi dövlət olaraq beynəlxalq mübarizə günlüyünə qoşulur, hər il dövlət qurumları və vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə  paytaxt  və regionlarda bir sıra mühüm tədbirlər həyata keçirilir. Bu fəaliyyətin nəticəsi olaraq  qanunlar qəbul edilmiş, qeyd edilən məsələlər Dövlət Proqramlarında və Milli Fəaliyyət Planlarında öz əksini tapmışdır. 

   Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyası maarifləndirmənin əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında aparılmasının vacibliyini nəzərə alaraq, kampaniya çərçivəsində silsilə tədbirlərin keçirilməsinə start vermişdir.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete, Gəncə Regional Ədliyyə İdarəsinin rəis müavini Samir Cəfərov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloq-təlimçisi Taciyə Mehdisoy,  Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının  Qastroenteroloq Hepatoloq Endoskopisti Ülvi Maçanov   çıxış edərək mövzu haqqında öz dəyərli fikirlərini bölüşmüşdür.


Rəylər

0 Rəy


Rəy yaz