Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-09-2026 , 14:50

134

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Qoşqar Məmmədov: “İctimai və sosial layihələrin həyata keçirilməsini vacib hesab edirik”


“İctimaiyyətin və şəhər sakinlərinin sosial həyatına töhfə verən layihələrin həyata keçirilməsini hər zaman diqqətdə saxlayırıq. Bu istiqamətdə iki layihəmiz uğurla yekunlaşıb”- bu barədə məlumatı Gəncə şəhəri, Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov deyib.

Sədrin sözlərinə görə, layihələrdən biri idman yarışının keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı olub. İdmanın, xüsusilə də gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və insanların bir araya gəlməsi baxımından bu cür təşəbbüslərin mühüm əhəmiyyət daşıdığına inanırıq.

Digər layihə isə Gəncə şəhəri, H.Z. Tağıyev küçəsində yerləşən parkda yenidənqurma işlərinin aparılmasını əhatə edib. Parkın yenilənməsi sakinlərin istirahəti və asudə vaxtlarının daha rahat və əlverişli şəraitdə təşkili baxımından əhəmiyyətli addımdır.

Sədr hesab edir ki, atılan addımlar şəhər mühitinin yaxşılaşdırılmasına, idmanın inkişafına və insanların sosial rifahına yönələn belə layihələr davamlı olmalıdır. Gələcəkdə də bələdiyyənin maliyyə  imkanları çərçivəsində cəmiyyət üçün faydalı təşəbbüslərin həyata keçirilməsinə dəstək göstərməyə çalışacağıq.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz