Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-07-2026 , 21:02

64

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Qoşqar Məmmədov: “Məqsədimiz əldə olunan vəsaitlə rayon ərazisində vətəndaş məmnunluğunu  daha geniş şəkildə təmin etməyə çalışmaqdır”

“Son üç ərzində büdcə daxilolamlarının həcmində kifayət qədər artım müşahidə olunub. Artım kollektivin və bələdiyyənin vergi xidmətinin sistemli iş aparmasının nəticəsi hesab etmək olar.

İrəliləyişə nail olmağımızda yenilənmiş BAMS proqramramının danılmaz rolu olub” – bu fikirləri Belediyye.infoya Gənçə şəhəri, Nizami bələdiyyəsinin sədri Qoşqar  Məmmədov deyib.

Qoşqar Məmmədov deyib ki, əldə edilən maliyyə vəsaiti ilə rayon ərazisində bir sıra layihələr icra edilib. Lakin əsas hədəfimiz daha yüksək nəticələr əldə etməkdir.

Bəzi qərəmlərə diqqəti çəkən sədr qeyd edib ki, 2024-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  218.824 manat  vəsait daxil olub ki,  onunda  106.071 manatı əmlak vergisindən, 16.208 manatı torpaq vergisindən, 91.244 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  110 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, 4.500 manat avtodayanacaqlardan, 690 manatı isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib. Təəssüf ki, il yarım ərzində bələdiyyə mülkiyyətinin icarəsindən vəsait daxil olmayıb.

2025-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  147.773 manat  vəsait daxil olub ki,  onunda  105.524 manatı əmlak vergisindən, 15.559 manatı torpaq vergisindən, 17.515 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  90 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, 7.020 avtodayanacaqlardan, 2.065 manatı isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib. 2025-ci il ərazində də  bələdiyyə mülkiyyətinin icarəsindən vəsait daxil olmayıb.

2026-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  399.168 manat  vəsait daxil olub ki,  onunda  121.202 manatı əmlak vergisindən, 15.155 manatı torpaq vergisindən, 249.227 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  90 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, 5.870 avtodayanacaqlardan, 4.113 manatı isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib. 2026-ci il ərazində də  bələdiyyə mülkiyyətinin icarəsindən isə 3.600 manat vəsait daxil olub.

Sədr bildirib ki, hədəfimiz büdcə gəlirlərini bir milyon manata çatdırmaqdır. Məqsədimiz isə əldə olunan vəsaitlə rayon ərazisində vətəndaş məmnunluğunu təmin etməyə çalışmaqdır.

Belediyye.info  

Rəylər

0 Rəy


Rəy yaz